Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Son vaxtlar insanlar arasında artan “elektrik vurması” probleminin səbəbi nədir?

Son vaxtlar insanlar arasında artan “elektrik vurması” probleminin səbəbi nədir?

Bakı, 1 mart, AZƏRTAC

“Son vaxtlar bir çox insan “elektrik vurması” problemi ilə üzləşir. Hara toxunuruqsa, bizi sanki yüngül elektrik cərəyanı vurur. Hətta bəziləri bu elektrik cərəyanını daha kəskin şəkildə hiss edir. Buna səbəb insan bədənində olan 40 trilyon elektrik batareyasıdır”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tibbi və bioloji fizika kafedrasının dosenti Nəzakət Kərimli deyib. O qeyd edib ki, elektrik sahələri hər yerdə, hətta insan bədənində də mövcuddur. Elektrik hadisələri isə həyatın özü qədər qədim olan proseslər sırasındadır. Onun sözlərinə görə, insan öz mahiyyəti etibarilə elektrik strukturlu varlıqlara aid oluna bilər: “Bu bizim bildiyimiz sabit cərəyan mənbəyi (batareya) və ya elektrik cihazlarını işlədən dəyişən cərəyan mənbəyi deyil. Sadaladığımız elektrik cərəyanları mənfi yüklü hissəciklərin, yəni elektronların nizamlı hərəkəti nəticəsində baş verir. İnsan orqanizmi isə tamamilə fərqli versiyada yaranan bioelektrik hadisələri əsasında fəaliyyət göstərir. Belə proseslərdə cərəyan əsasən müsbət yüklü ionların - natrium, kalium və kalsiumun nizamlı hərəkəti hesabına yaranır”.

N.Kərimli əlavə edib ki, insan bədənindəki 40 trilyon hüceyrənin hər biri ayrılıqda aşağı gərginliyə malik kiçik elektrik batareyalarıdır: “Sinir impulsu sürətlə sinir lifi boyunca yayılarkən neyrondakı kanallar açılır və bu kanallardan milyonlarla ion daşınır. Belə kütləvi yük miqrasiyası hesabına yaranan elektrik sahəsinin intensivliyi təqribən 1 V/m olur. Bu isə həcminə görə, bütöv bir ildırımın uzadılmış bir əldən digərinə ötürülməsinə ekvivalent hadisədir. Çəkilən misal insan bədənində fəaliyyət göstərən hər bir neyronun işinin önəmliliyini göz önünə gətirir. Məhz bu yolla beynin daxilində və onunla digər orqanlar arasında bütün siqnalların ötürülməsi baş verir. Bu isə insanın düşünmə, hərəkət, nitq və digər qabiliyyətləri, eləcə də insan bədəninin zədələndikdə ağrı hiss etməsi, yaralanan dərinin sağalması və digər hadisələrin izahında fundamental əhəmiyyətə malikdir. Bioelektrik proseslərin nəticəsidir ki, insan turş və şirini differensasiya edə bilir və nə zaman susuzladığını anlayır. Ancaq bioelektrik proseslərin işi təkcə sinir sistemi ilə məhdudlaşmır. Son onilliklərdə məlum olub ki, elektrik siqnalları təkcə qəbuledici və idarəedici hüceyrələr tərəfindən deyil, həm də insan bədəninin bütün hüceyrələri tərəfindən istifadə olunur. İnsan dərisinin hər bir hüceyrəsi digər hüceyrələrlə əlaqəyə girərək məxsusi potensiallarının hesabına ümumi bioelektrik sahəsi yaradır. Yəni insanın sümükləri də daxil olmaqla, hətta onun dişinin də hüceyrələri bioelektrik xüsusiyyətlərə malikdir. Ümumiyyətlə, insan orqanları və onların epitel örtükləri də elektrik təbiətlidir və bu siyahıya qan hüceyrələrini də aid etmək olar”.

Mütəxəssisin sözlərinə görə, aparılan son tədqiqatlar zamanı aydın olub ki, hətta ana bətnində olan döl tam formalaşana qədər fərqli tezlikli elektrik siqnalları yaradır: “Dünyaya gələcək körpənin ana bətnində inkişafını təmin edən bu elektrik siqnalları, həmçinin insanın ölümünə səbəb olan xərçəng hüceyrələrini də təbii yolla, hüceyrə kommunikasiyası zamanı yanlış siqnalların (fərqli potensialların) söndürülməsi ilə aradan qaldıra bilir. İnsan bədənindəki proseslərin mexaniki və kimyəvi olduğu qədər də elektrik təbiətli olması fikirləri inkişaf etdirilsə, gələcək on ildə bu istiqamətdə böyük nailiyyətlər əldə oluna bilər. Söhbət bioelektrik siqnalların müxtəlif təsirlərini öyrənmək çərçivəsindən çıxıb, bu siqnalların təbiətini öyrənməkdən gedir”.

Mütəxəssis fiziki dəyişikliklərə səbəb ola bilən ion kanallarının quruluş və iş mexanizmini təsvir edən hesablama modellərinin daha dəqiq olması üçün yüksək səviyyəli kompüter proqramlarının vacibliyini vurğulayıb: “Bu modellərdən 10-20 il ərzində təkcə bioloji toxumaları deyil, həm də onların genetik əsasını öyrənmək üçün istifadə olunacağı düşünülür. Başqa sözlə, insanın “elektron”unun qurulması, sonra isə ondan bioelektrik kodun qırılmasında istifadə olunması həllini tapa biləcək çox ciddi elmi məsələlərdəndir. Nəzərinizə onu da çatdırım ki, bioelektrik sahələrinin öyrənilməsi, nəhayət ki, bu məsələnin həlli nöqtəsinə - yəni, bioelektrik kodun qırılması mərhələsinə yaxınlaşır”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri barədə tədbirlər görülüb

Azərbaycan Cüdo Federasiyasının baş katibi yeni vəzifəyə təyin olunub

Ukrayna-Polşa sərhədində 1700-dən çox yük avtomobili növbə gözləyir

Çin Yerin uzaqdan zondlama peykini orbitə çıxarıb

Hərbi Polisin yaranmasının 32-ci ildönümü qeyd edilib

Faktiki hava: Naxçıvanda və Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

Dünya Kuboku: Azərbaycan gimnastları final mərhələsində mübarizə aparacaqlar

Türkiyədə narkotik vasitələrin satışında şübhəli bilinən 200-ə yaxın şəxs saxlanılıb

Ceyranbatan su anbarında meyit tapılıb

Kürdə batan qızın meyiti tapılaraq sudan çıxarılıb

Bu gün İspaniya La Liqasında “El-Klassiko” baş tutacaq

Hazırda Qərbi Azərbaycan məsələsinin tədqiq və təbliğ edilməsi zərurəti yaranıb

Yaponiyada iki hərbi helikopterin toqquşması nəticəsində ölən və itkin düşənlər var

ABŞ-da əyləncə gecəsində atışma baş verib, 2 nəfər ölüb, 14 nəfər yaralanıb

Ukraynaya yardım haqqında qanun layihəsi aprelin 23-də ABŞ Senatında səsverməyə çıxarılacaq

Tayvan sahillərində 5,1 bal gücündə zəlzələ baş verib

Mərakeşdə Azərbaycanın zəngin mədəniyyəti və adət-ənənələri təqdim edilib

Böyük Britaniyanın müdafiə naziri ABŞ-ın Ukraynaya yardımına münasibət bildirib

Rumıniyada 12 milyon dollar dəyərində oğurlanmış rəsm əsərlərindən biri tapılıb

Bəzi ölümcül bakteriyalar “vampirlər kimi” insan qanı ilə qidalanır

Bu gün DİM ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir

İsveçdə ən çox hansı xəstəliklərə yoluxurlar?

“Kriminal qiraət” filminin 30 illiyi qeyd edilib

Pentaqon: ABŞ Kiyevdəki səfirliyinə əlavə hərbi müşavirlər göndərə bilər

Araşdırma: Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər

Türkiyədə səfərdə olan türkdilli dövlətlərdən bir qrup uşaq böyük sevinclə qarşılanıblar

Fontenbloda “Alfa Romeo” vintaj yarış avtomobilləri hərraca çıxarılır

Londonda keçirilən festivalda Azərbaycan rəqsi nümayiş olunub VİDEO

Federasiya Kuboku: “Mançester Siti” “Çelsi”ni məğlub edərək finala yüksəlib

Dövlət Akademik Filarmoniyasında "Fərəc Qarayevin portreti" layihəsi çərçivəsində konsert proqramı olub

Zelenski: ABŞ Konqresi tarixi gedişatın düzgünlüyünü qorudu

Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək

Gürcü politoloq: Azərbaycanın 4 kəndinin işğaldan azad olunması Prezident İlham Əliyev diplomatiyasının uğurudur

İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB

Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir

Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb

Maliyyə naziri: Azərbaycan Orta Dəhlizin reallaşdırılması üçün öz üzərinə düşən işləri tam yerinə yetirib

Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq

ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib

Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb

Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib

Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO

Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb

Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib

Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib

Vaşinqtonda “İqlim maliyyəsi üçün qlobal fəaliyyətin təmin edilməsi üzrə dialoq” mövzusunda tədbir keçirilib VİDEO

Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb

“Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi böyük həqiqətin növbəti təzahürüdür” - RƏY

Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır

FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb VİDEO

Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib

Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir

Aerokosmik Modelçilik Festivalının qalibləri mükafatlandırılıb

Premyer Liqa: "Qəbələ" "Qarabağ" səfərindən xalla qayıdıb

“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO

Belçikalı gimnast: Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir

Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır

“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub

Nurlana Məmmədzadə: Bədii gimnastika ölkəmizdə qızlar arasında ən populyar idman növüdür

Bu gün Bakının 551 küçəsi yuyulub

Baş katib: Gənc gimnastlarımız Bakıdakı Dünya Kubokunda təcrübələrini daha da artıracaqlar

Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin ikinci Baş Assambleya iclası keçirilib

“Ailədaxili mübahisələrin mediasiya prosesləri vasitəsilə həllində psixoloqların rolu” mövzusunda konfrans keçirilib

® “Bakcell” 100000GB kütləvi hədiyyə paylayır!

Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub

İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub

Ceyranbatan su kanalında bir nəfərin batması ilə bağlı FHN-in müvafiq qüvvələri əraziyə cəlb edilib

Taxta bazarı adlanan ərazidə yanğınla bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib

23 Aprel-Milli Suverenlik və Uşaq Bayramı münasibətilə türkdilli dövlətlərdən bir qrup uşaq Türkiyəyə gətirilib

Ekvador Prezidenti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib

Bu il “Aerokosmik Modelçilik Festivalı” iştirakçılarının sayı 2 dəfə artıb

BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub

Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın baş verib VİDEO

Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollardır

DİN-in baş idarəsinin nümayəndəsi: Azərbaycanda narkotik istehsalı ilə bağlı fakt aşkarlanmayıb – MÜSAHİBƏ

“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib

Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib

77-ci Kann kinofestivalının rəsmi posteri təqdim edilib

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

Evi yararsız vəziyyətə düşən vətəndaş üçün müvəqqəti çadır qurulub

Türkiyə XİN Azərbaycan-Ermənistan dövlət sərhədi ilə bağlı əldə edilən razılaşma barədə bəyanat yayıb

İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib

Dörd kəndin qaytarılması Prezident İlham Əliyev başda olmaqla Azərbaycan diplomatiyasının növbəti uğurudur - ŞƏRH

Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib

Qızılhacılı kəndinin sakinləri doğma yurdlarının qaytarılmasının sevincini yaşayırlar VİDEO

Nəcəf Aydınoğlu: Narkotacirlərin texniki işçiləri və hakerləri də olur

İranın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır

Moskva Dövlət Linqvistika Universiteti nəzdində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi 15 illik yubileyini qeyd edib

Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür

Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO

Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

WP: ABŞ Ukraynaya hərbi yardım paketini Konqresin təsdiqindən dərhal sonra çatdıra bilər

Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər

Təhqiqat qrupunun rəisi: Narkoadminlərin Azərbaycandakı havadarlarının aşkarlanması üçün zəruri addımlar atılır

“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb

DİN nümayəndəsi: Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən, əsasən İrandan gətirilir

Moskvada görkəmli azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib VİDEO