Sosio-demoqrafik göstəricilərin analizinə dair tədqiqatın nəticələri nüfuzlu jurnalda dərc olunub
Bakı, 21 aprel, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov və magistrant Nərminə Axundovanın həmmüəllifi olduqları “Vahid əhali reyestri sosio-demoqrafik analizlərin aparılması üçün məlumat mənbəyi kimi” mövzusunda elmi məqalə Rusiyanın tanınmış “Narodonaselenie” jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnal “Web of Science” (WoS) və “Russian Science Citation Index” (RSCI) nüfuzlu elmi bazalarında indeksləşir.
Məqalədə əhali reyestri sisteminin yaradılması sahəsində mövcud beynəlxalq təcrübə araşdırılıb, vahid əhali reyestrinin yaradılması ilə bağlı tədqiqatların mövcud vəziyyəti analiz olunub.
Tədqiqatda eksperimental qiymətləndirmə üçün vahid reyestrə inteqrasiya olunmuş şəxslərin məlumatları əsasında COVID-19 pandemiyası şəraitində demoqrafik xarakteristikaların analizi aparılıb.
Qeyd edək ki, məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihəsi çərçivəsində aparılan elmi tədqiqatlar əsasında hazırlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]