Şotlandiya kraliçası Mariya Stüarta məxsus zinət əşyaları oğurlanıb
London, 24 may, AZƏRTAC
Şotlandiya kraliçası Mariya Stüarta məxsus zinət əşyaları Arundel qalasından oğurlanıb.
AZƏRTAC xəbər verir ki, qalaya edilən basqın zamanı 1 milyon funt dəyərində qızıl və gümüş əşyalar, həmçinin kraliçanın tacı və boyunbağısı oğurlanıb.
Polis tərəfindən aparılan araşdırmalar zamanı oğruların qalaya pəncərədən daxil olduğu və əşyaları götürmək üçün şüşə şkafı sındırdıqları müəyyənləşib.
Arundel qalasının sözçüsü oğurlanan əşyaların mühüm tarixi əhəmiyyətə malik olduqlarını bildirib.
Qeyd edək ki, Mariya Stüart Şotlandiyanın Stüartlar sülaləsindən olan kraliçasıdır. O, Fransa taxtının vəliəhdi Fransisklə evlənib və II Fransiskin 1559-cu ildə taxta çıxması ilə gənc Mariya Fransa kraliçası elan olunub, ərinin ölümünə qədər bu titulu daşıyıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]