SOYDAŞIMIZ PAKİSTAN PREZİDENTİNİN QONAĞI OLMUŞDUR
Pakistan İslam Respublikasının Prezidenti general Pərviz Müşərrəf Bakıda fəaliyyət göstərən “Laza” xalı firmasının direktoru Dağlar Səfərovu şəxsi qonağı kimi qəbul etmişdir. D.Səfərov üzərində dost ölkə rəhbərinin və xanımının portreti toxunmuş xalçanı, onların bitki toxumları ilə düzəldilmiş portretini və generalın qobelen portretini təqdim etmək üçün Pakistan tərəfinin dəvəti ilə İslamabadda olmuşdur.
AZƏRTAC xəbər verir ki, Prezident Pərviz Müşərrəf “Laza” xalı firmasının direktoruna öz minnətdarlığını bildirmiş, Azərbaycan dövlətinə, onun xalqına və Prezidentinə dərin hörmət bəslədiyini, Dağlıq Qarabağ məsələsində ölkəmizin mövqeyini dəstəklədiyini bəyan etmişdir. O, ümummilli liderimiz Heydər Əliyevlə keçirdiyi görüşləri, zəngin dövlətçilik təcrübəsinə və siyasi təcrübəyə malik olan ulu öndərimizin bir sıra məsləhətlərini unutmayacağını vurğulamışdır.
General 2004-cü ilin iyulunda Azərbaycana səfərini, Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlatmış, ölkəmizdə ona göstərilən qonaqpərvərliyə görə Azərbaycan xalqına və dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını dilə gətirmişdir. O, Azərbaycan Prezidentinin Pakistana səfərini səbirsizliklə gözlədiyini bəyan etmişdir.
“Laza” firmasının direktoru D.Səfərov Prezident Pərviz Müşərrəfə ümummilli liderimiz Heydər Əliyevin və onun ailə üzvlərinin xalça portretlərini özündə əks etdirən “İlmələrə köçən ömür” jurnalını və “Tale ulduzu” kitabını bağışlamışdır. D.Səfərov ölkəmizin Pakistandakı səfirliyində də qəbul edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]