Starmer: Britaniya ABŞ-nin İrana hücum əməliyyatlarına qoşulmayacaq
London, 2 mart, AZƏRTAC
Birləşmiş Krallıq ABŞ-nin İrandakı raket anbarlarına zərbə endirmək üçün hərbi bazalarından istifadə etmək tələbinə müsbət cavab verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer X platformasında dərc olunmuş videomüraciətində bildirib: "Təhdidin qarşısını almağın yeganə yolu raketləri onların buraxılış, saxlama yerlərində və ya onları buraxmaq üçün istifadə edilən buraxılış qurğularında məhv etməkdir. ABŞ bu xüsusi və məhdud müdafiə məqsədi üçün Britaniya bazalarından istifadə etmək üçün icazə istəyib. İranın bölgədə raket buraxmasının qarşısını almaq üçün bu tələbi təsdiqləməyə qərar verdik".
Starmer əlavə edib ki, Böyük Britaniya ABŞ-nin hücumlarına birbaşa qoşulmayacaq: "Biz İrana ilkin hücumlarda iştirak etməmişik. İndi də hücum əməliyyatlarına qoşulmayacağıq".
O bildirib ki, bu qərar təxminən 200 min Britaniya vətəndaşının yaşadığı qonşu Yaxın Şərq ölkələrində Tehranın mümkün hücumlarının dayandırılması zərurəti ilə bağlıdır. "Körfəzdəki tərəfdaşlarımız bizdən onları qorumaq üçün daha çox iş görməyimizi xahiş ediblər. Qərarımızın əsasını uzun müddətdir dost və müttəfiqlərimizin kollektiv özünümüdafiəsi və Britaniya vətəndaşlarının qorunması təşkil edir. Bu, beynəlxalq hüquqa uyğundur", - deyə Baş nazir qeyd edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [16:35]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [13:27]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [08:37]
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
- 08.08.2026 [08:21]
Böyük Britaniyada enerji borcları rekord həddə çatıb
- 08.08.2026 [06:06]
Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]