Startap komandası Azərbaycan Ordusuna dəstək məqsədilə təqdirəlayiq addım atıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Ötən il Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İdeyadan Biznesə - İ2B” startap müsabiqəsində respublika üzrə 3-cü yerə layiq görülmüş Azərbaycan Tibb Universitetinin “Palliativ+” startap komandası Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hər zaman insanların sağlamlığının qayğısına qalan “Palliativ+” üzvləri Azərbaycan Ordusunun şərəfli tarix yazdığı bir vaxtda müsabiqədə qazandıqları məbləğin qalan hissəsini, yəni 800 manatını Fonda ianə ediblər.
Qrup üzvləri - layihə rəhbəri, tələbə İsmayıl Nəzərli, həkim-rezident Məhərrəm Alimli, tələbələr Etibar Abbasov, Qəmər Məmmədbəyli, Azad Kərimli və Ülkər Hüseynova öz təşəbbüsləri ilə bu addımı atıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:52]
Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir
- 29.09.2026 [11:01]
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
- 29.09.2026 [10:46]
Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb
- 29.09.2026 [10:14]
Qızıl və gümüş ucuzlaşıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]