“STEAM Azərbaycan Festivalı 2021” keçiriləcək
Bakı, 19 noyabr, AZƏRTAC
Paytaxtın VI-XI sinif şagirdləri üçün “STEAM Azərbaycan Festivalı 2021” təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Baku Ekspo Mərkəzində 9-10 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulan festivalın əsas məqsədi müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir.
Festival çərçivəsində “STEAM open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego sumo”, “Lıne follower”, “3D Cad”, “Short movıe”, “Edu drone”, “Humanoıd robot” kateqoriyaları üzrə yarışlar keçiriləcək.
“STEAM Azərbaycan Festivalı 2021” barədə daha ətraflı məlumat almaq və qeydiyyat üçün www.saf.steam.edu.az internet səhifəsinə müraciət etmək mümkündür.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən reallaşdırılan STEAM layihəsinin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və öyrədilməsindən ibarətdir. STEAM beş sahənin - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş tədrisi ideyası üzərində qurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]