Stokholmda partlayış baş verib, yaralananlar var
Bakı, 27 mart, AZƏRTAC
Martın 27-nə keçən gecə İsveçin paytaxtı Stokholmun qərb hissəsində baş verən partlayış nəticəsində bir neçə nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, “Aftonbladet” qəzetinin yerli polisə istinadla yaydığı məlumata görə, partlayış zamanı şüşə qırıntıları ilə yaralanan bir nəfərin vəziyyəti ağırdır. İnsident nəticəsində avtomobillərə və ətrafdakı binalara zərər dəyib.
Hazırda hadisənin baş verdiyi ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. Partlayışın səbəbləri hələlik məlum deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]