Sülhməramlıların 16 avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb
Şuşa, 6 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.
AZƏRTAC xəbər verir ki, Laçından Xankəndi istiqamətinə gedən Rusiya sülhməramlılarına məxsus 13 təminat və iki minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Bundan əlavə, sülhməramlıların bir təminat avtomobili Laçına gedib.
Beləliklə, gün ərzində aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 62-yə çatıb.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.