SUMO ÜZRƏ AÇIQ BAKI ÇEMPİONATI BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında keçirilən sumo üzrə açıq paytaxt çempionatının qalibləri məlum olmuşdur.
Üç yaş qrupu üzrə keçirilən yarışda Azərbaycan, Gurcüstan, Türkmənistan, Qazaxıstan, Rusiya, Şri-Lanka və Ukraynadan 100-dən artıq idmançı mübarizə aparmışdır.
Yarışın nəticələrinə əsasən, Kamran Kərimli (55 kq, “Ruslan” İK), Namiq Sadıqov (75 kq, “Neftçi” İSM), Süleyman Babayev (90 kq, “Neftçi”) 1992-94-cü il təvvəllüdlü idmançılar arasında birinci yeri tutmuşlar.
1990-91-ci il təvvəllüdlü yeniyetmələrin yarışında isə İnqilab Məmmədov (65 kq, “Kanokan TT”), Süleyman Babayev (90 kq, “Neftçi”), Sadiq Əhmədov (100 kq, “Kanokan TT”) çempion olmuşlar.
Gənclərin (1987-88-ci il təvvəllüdlü) mübarizəsində isə Rafiq Səlimov (65 kq, “Ruslan” İK), Teymur Əhmədov (85 kq, “Neftçi”), Rafael Şahverdiyev (115 kq, “Neftçi”) fərqlənmişlər.
Nəhayət, kişilər arasında Səlim Ələkbərov (85 kq, “Neftçi”), Rəşad Bagiyev (115 kq, “Lider” İK) və Nizami Qafarov (115 kq, “Neftçi”) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Nizami Qafarov mütləq çəki dərəcəsində də birinci yeri tutmuşdur.
Xarici ölkələri təmsil edən idmançılar arasında yalnız 4 nəfər fəxri kürsüdə yer ala bilmişdir.
Yeniyetmələrin yarışında Rusiya idmançısı Nikolay Teplyakov, kişilərin mübarizəsində isə Şri-Lanka təmsilçisi Krişan Etntoni bürünc medala sahib olmuşdur. Azamat Ageyev (Qazaxıstan) isə yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənmişdir.
######
![]() |
![]() |

