“Sumqayıt” futbol klubunun Türkiyədə yoxlama oyunları keçirəcəyi ilk iki rəqibi müəyyənləşib
Sumqayıt, 17 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Türkiyənin Bolu vilayətində təlim-məşq toplanışında olan “Sumqayıt” futbol klubunun yoxlama oyunları keçirəcəyi ilk iki rəqibi müəyyənləşib.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nazim Süleymanovun yetirmələri ilk matçını iyulun 19-da Qətərin ”Əl Şahaniya” klubuna qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Digər görüş isə iyulun 22-də Türkiyə Superliqasında çıxış edən “Alanyaspor” ilə oynanılacaq.
“Sumqayıt” klubu Türkiyədə dörd yoxlama oyunu keçirməyi planlaşdırır.
“Əl Şahaniya” komandası iyulun 15-də “Səbail” ilə yoxlama görüşündə heç-heçə edib - 2:2.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:03]
Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO
- 08.10.2026 [18:51]