Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe müəssisələrin rəhbərləri ilə onlayn müşavirə təşkil olunub
Sumqayıt, 20 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov tabe müəssisələrin - Heydər Əliyev mərkəzləri, kitabxana və muzeylərin rəhbərləri ilə onlayn müşavirə keçirib. Müşavirə Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə xüsusi karantin rejimi dövründə nazirliyin idarələrinin fəaliyyətinə həsr olunmuş videokonfrans zamanı regional idarələrin rəislərinə verilən tapşırığa əsasən reallaşıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, onlayn müşavirədə muzey və kitabxanalarda virtual ekskursiyaların təşkil edilməsi, muzeylərin beynəlxalq muzeylərlə əməkdaşlıq yaratması və bu əməkdaşlığın genişləndirilməsi, habelə kitabxanalarda internet resurslarının fəaliyyətinin yüksəldilməsi və elektron xidmətlər göstərməsi imkanının daha da təkmilləşdirilməsi, həmçinin hazırlanan videoçarxların yüksək səviyyədə olması və digər aktual məsələlər üzrə tapşırıqlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:44]
Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO
- 12.10.2026 [14:49]
Babək rayonunda üçəm dünyaya gəlib
- 12.10.2026 [12:01]