Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk oyun müəyyənləşib
Bakı, 12 yanvar, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun təqvimi açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, turun oyunları fevralın 3-ü, 4-ü və 5-də keçiriləcək.
“Sumqayıt” - “Neftçi” matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq. Bu, yenidənqurmadan sonra sözügedən arenada ilk qarşılaşma olacaq. Oyun saat 15:00-da start götürəcək.
Azərbaycan Premyer Liqası
XXI tur
3 fevral (şənbə)
15:00. “Səbail” - “Qarabağ”
“ASCO Arena”.
17:30. “Sabah” - “Turan Tovuz”
“Bank Respublika Arena”.
4 fevral (bazar)
15:00. “Sumqayıt” - “Neftçi”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
17:30. “Qəbələ” - “Zirə”
Qəbələ şəhər stadionu.
5 fevral (bazar ertəsi)
15:00. “Kəpəz” - “Araz-Naxçıvan”
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur
- 09.10.2026 [10:25]
Azərbaycan Premyer Liqasında VII tura start verilir
- 09.10.2026 [09:59]