REGİONLAR
Sumqayıt universitetində onlayn elmi-nəzəri konfrans keçirilib
![](/files/galleryphoto/2020/1/1200x630/15873975214494815956_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15873975213931235525_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15873975215446931206_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/158739752155036980_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15873975211982119528_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15873975215463835343_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/158739752152978104_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/1587397521356409834_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/1587397521439083307_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15873975213523812542_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15873975216441929189_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15873975211006359609_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15873975212595922046_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/1587397521928947948_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/1587397521220895900_1200x630.jpg)
Sumqayıt, 20 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Prezident İlham Əliyevin imzaladığı “Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncama əsasən, aprelin 20-də Sumqayıt Dövlət Universitetində (SDU) Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş onlayn formatda “Realist ədəbiyyatımızın parlayan ulduzu” adlı elmi-nəzəri konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Ramiz Hüseynov açaraq, əvvəlcə ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlərdən bəhs edib. Bildirib ki, vətəndaşların qlobal pandemiyaya çevrilən koronavirus (COVID-19) infeksiyasından qorunması bu gün Azərbaycan dövləti üçün prioritet məsələdir. “Ölkəmizdə COVID-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanların sağlamlığının qarantına çevrilib”, - deyən prorektor vurğulayıb ki, dövlət başçısı bununla bir daha onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayandığını sübut edib.
Prorektor Azərbaycan ədəbiyyatının və dramaturgiyamızın inkişafında böyük xidmətləri olmuş görkəmli yazıçı, dramaturq, publisist, tənqidçi Əbdürrəhim bəy Haqverdiyevin mənalı ömür yolundan və zəngin yaradıcılığından söz açıb. Bildirib ki, nasir, publisist, teatr təşkilatçısı və ictimai xadim olan Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlər göstərib. Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd olunması barədə dövlət başçısının Sərəncamı bir daha sübut edir ki, Azərbaycan ədəbiyyatına, yazarlarına olan diqqət və qayğı hər zaman yüksək səviyyədə olub.
O, Əbdürrəhim bəy Haqverdiyevi çoxcəhətli səmərəli fəaliyyəti ilə milli-mədəni şüurumuzun və sosial-siyasi düşüncəmizin inkişaf edib formalaşmasında xüsusi rol oynadığını vurğulayıb. Belə ki, Duma üzvü, xalq komissarı və digər vəzifələr daşımaqla dövlətçilik və idarəçilik işinin təkmilləşdirilməsi sahəsində də öz xidmətlərini əsirgəməyən Əbdürrəhim bəy Haqverdiyev həm dramaturgiya və bədii nəsrimizi, həm də satirik publisistikamızı yeni və orijinal mövzularla yanaşı, özünəməxsus ideya-estetik, süjet və kompozisiya xüsusiyyətlərinə, üslub və ifadə tərzinə malik əsərlərlə zənginləşdirərək, milli ictimai-bədii fikrimizin əlvanlığını və sürətli inkişafını təmin edən əsas şəxsiyyətlərdən biri kimi parlamışdır.
Sonra məruzələr dinlənilib, ədibin “Molla Nəsrəddin”çilik fəaliyyətindən söz açılıb.
Məruzələrdə Azərbaycan ədəbiyyatında öz dəstxəti ilə seçilən Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinin bütün zamanlarda öz aktuallığı ilə seçildiyi, onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələrinin nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutduğu diqqətə çatdırılıb.