SUMQAYITDA BİLİK GÜNÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, şəhər rəhbərliyi məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təmiri istiqamətində fəal iş aparmışdır. İndi Sumqayıtın 47 məktəbinin hamısı yeni tədris ilinə tam hazırdır.
Bilik günü münasibətilə bütün təhsil müəssisələrində təntənəli mərasimlər keçirilmişdir. Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev 3 və 28 nömrəli orta məktəblərdə olmuşdur. O, müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək demişdir ki, Sumqayıt gənclərin yaxşı və keyfiyyətli təhsil alması üçün əlverişli şərait yaradılmasına dövlət qayğısının parlaq nümunəsidir. Son 3 ildə bütün məktəblər mərhələlərlə təmir edilmiş, müasir avadanlıq və mebel alınmışdır, kompyuterləşdirmə prosesi uğurla davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]