Sumqayıtda Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə bağlı tədbirlər keçirilmişdir
Sumqayıt, 6 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyi 5 iyun-Dünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə bir sıra tədbirlər keçirmişdir.
Sumqayıtın sənaye zonasında, müəssisədaxili ərazilərdə və ətraf sahələrdə təmizlik-abadlıq işləri aparılmış, minlərlə ağaca aqrotexniki qulluq göstərilmişdir. Tədbirlərə “Azərikimya”nın 700-dən artıq işçisi qatılmışdır.
İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yekun ekoloji maarifləndirmə tədbiri “Azərikimya”nın baş ofisində keçirilmişdir. Tədbirdə bütünlükdə Sumqayıtın sənaye zonasında ekoloji mühitin yaxşılaşdırılması ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr slaydların müşayiəti ilə diqqətə çatdırılmış, çıxışlar dinlənilmişdir.
Sonda ətraf mühitin qorunmasında və istehsalat sahəsində fərqlənmiş bir qrup işçiyə fəxri fərmanlar və hədiyyələr təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]