Sumqayıtda könüllü gənclər arasında 3*3 basketbol yarışının qalibləri müəyyənləşib
Sumqayıt, 27 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı 7 nömrəli tam orta məktəbin idman meydançasında şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə açıq havada pandemiya qaydalarına uyğun olaraq gənc könüllülər arasında 3*3 formatında basketbol yarışı keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, yarışın keçirilməsində məqsəd "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin icrası, gənclərin hərtərəfli inkişafına nail olmaq, sağlamlıqlarını möhkəmləndirmək, asudə vaxtlarının səmərəli təşkili və həmçinin fiziki potensialının üzə çıxarılmasıdır.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışın nəticəsinə əsasən I yerə Gənclərin İnkişafı və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi, II yerə Sumqayıt Gənclər Klubu, III yerə isə Sumqayıt Volenters klubunun eyniadlı komandaları layiq görülüb.
Qalib komandalar Baş İdarənin kubok, medal, fəxri fərman və hədiyyələri ilə təltif edilib.