Sumqayıtın “Şahin”ləri respublika final mərhələsinə vəsiqə qazanıblar
Sumqayıt, 16 may, AZƏRTAC
Abşeron Olimpiya İdman Kompleksində “Şahin” hərbi-idman oyununun III zona birinciliyinin qalibləri məlum olub.
AZƏRTAC xəbər verir ki, yarışda Xaçmaz, Quba, Qusar, Siyəzən, Xızı, Şabran, Lənkəran, Qubadlı və Zəngilan rayonlarının komandaları iştirak ediblər. Sumqayıt şəhərini təmsil edən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın komandası ən yüksək nəticə göstərərək, I yerə layiq görülüb.
Bununla da komanda iyun ayında Mingəçevir şəhərində keçirilməsi nəzərdə tutulan “Şahin”lərin respublika final mərhələsində iştirak hüququ qazanıb.