Suraxanı rayonunda ağacəkmə aksiyası ruh yüksəkliyi ilə davam etdirilir
Bakı, 6 mart, AZƏRTAC
Suraxanı rayonunun bütün qəsəbələrində ağacəkmə aksiyasının növbəti mərhələsi böyük ruh yüksəkliyi ilə davam etdirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti kütləvi ağacəkmə aksiyası martın 4-də rayonun Əmircan-Qaraçuxur yolunun ətrafında keçirilib. Yolun kənarlarında müvafiq təmizləmə işləri aparılıb, abadlıq işləri görülüb.
Ağacəkmə aksiyasında rayon icra hakimiyyəti başçısı İlqar Abbasov, icra hakimiyyəti başçısı aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak ediblər. 250 nəfərin qatıldığı növbəti ağacəkmə aksiyasında 600-dən çox ağac əkilib.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [13:19]
ANAMA: 57 mina və 378 digər partlayıcı sursat zərərsizləşdirilib
- 18.05.2026 [13:12]
“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib
- 18.05.2026 [12:47]
Milli Observatoriya daha bir beynəlxalq sertifikata layiq görülüb
- 18.05.2026 [12:19]