Suraxanı rayonunda mağazalardan pul oğurlayan iki nəfər yaxalanıb
Bakı, 14 dekabr, AZƏRTAC
Suraxanı rayonunda oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 200 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənov və Kürdəmir rayon sakini C.Rüstəmov saxlanılıblar.
Onlarla bağlı aparılmış tədbirlər nəticəsində həmin şəxslərin daha bir mağazadan 500 manat məbləğində pul oğurlamaları da müəyyənləşdirilib.
Faktla bağlı təhqiqat davam edir.