Suraxanıda ağacəkmə aksiyaları davam edir
Bakı, 11 aprel, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən ümumrespublika yaşıllaşdırma marafonunda Suraxanı rayon sakinləri də fəal iştirak edirlər. Ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsini nəzərdə tutan və ekoloji mühitin sağlamlaşdırılmasına xidmət edən bu təşəbbüsə dəstək olaraq Suraxanının bütün qəsəbələrində aksiyalar təşkil edilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, növbəti kütləvi ağacəkmə aksiyası aprelin 9-da Əmircan-Qaraçuxur yolunun ətrafında keçirilib. Yolun kənarlarında müvafiq abadlıq işləri görülüb.
Ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, aparatın əməkdaşları, qəsəbə bələdiyyələri, sənaye müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak ediblər. 200 nəfərin iştirak etdiyi növbəti ağacəkmə aksiyasında 400-dən artıq kiparis ağacı əkilib.
Ağacəkmə aksiyaları nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir, insanlar arasında təbiətə qayğı hissi təbliğ edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]