Suriyada hərbi akademiyaya PUA hücumu nəticəsində azı 100 nəfər həlak olub
Bakı, 6 oktyabr, AZƏRTAC
Suriyanın Hums şəhərində hərbi akademiyaya PUA hücumu nəticəsində 14-ü mülki şəxs olmaqla, azı 100 nəfər həlak olub.
AZƏRTAC SANA informasiya agentliyinə istinadla xəbər verir ki, həlak olanların əksəriyyətinin akademiyanın məzunları olduğu bildirilir. Partlayıcı yükü olan PUA-nın zərbəsi də məzunların buraxılış mərasimi zamanı endirilib.
SANA-nın məlumatına görə, heç bir təşkilat bu hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Suriya hökuməti 2017-ci ildə ölkənin üçüncü ən böyük şəhəri olan Hums üzərində nəzarəti bərpa etsə də, bu bölgənin ətraf rayonları terrorçuların əlindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:45]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb
- 02.10.2026 [12:36]
Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb
- 02.10.2026 [11:57]
Fransada liseylərdə etirazlar davam edir
- 02.10.2026 [11:35]