Suriyada iyul ayında 7 milyondan çox kaptaqon həbi müsadirə olunub
Qahirə, 1 avqust, AZƏRTAC
Suriyanın Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsi iyul ayında həyata keçirilən əməliyyatlar nəticəsində 7 milyondan çox kaptaqon həbinin müsadirə edildiyini və üç narkotik qaçaqmalçılığı şəbəkəsinin zərərsizləşdirildiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, idarənin məlumatına əsasən, ötən ay ərzində ümumilikdə 48 təhlükəsizlik əməliyyatı keçirilib. Əməliyyatlar zamanı 7 milyon 141 min ədəd kaptaqon həbi, 1190 kiloqram həşiş, 124 min 335 ədəd müxtəlif dərman preparatı, 8,3 kiloqram kristal metamfetamin, 15 min 168 ədəd preqabalin tərkibli həb, 1,8 kiloqram ilkin xammal, 151 qram kokain və 22 qram heroin götürülüb.
Qurum bildirib ki, əməliyyatlar narkotik qaçaqmalçılığı şəbəkələrinin infrastrukturunun dağıdılması və bu problemin kökündən aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlər çərçivəsində həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]