Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşanın azad edilməsi Vətən müharibəsinin həlledici anı və Zəfərin rəmzi oldu ŞƏRH

Şuşanın azad edilməsi Vətən müharibəsinin həlledici anı və Zəfərin rəmzi oldu  ŞƏRH

Bakı, 8 noyabr, AZƏRTAC

Dörd il əvvəl - 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Vaxtilə xəyal kimi görünən bu arzu reallığa çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev bu möhtəşəm Qələbənin tarixi əhəmiyyətini nəzərə alaraq imzaladığı Sərəncamla noyabrın 8-ni Zəfər Günü elan etdi. Ötən dövr ərzində Şuşaya dəfələrlə səfər edən dövlətimizin başçısı 2021-ci ilin yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı Şuşa şəhərində şanlı üçrəngli bayrağımızı ucaltdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov söyləyib.

Deputat qeyd edib ki, Qarabağ Zəfərinə aparan yolun təməli Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və strateji baxışı ilə qoyulmuşdu. 1993-cü ildə - Azərbaycan üçün mürəkkəb olan bir dövrdə xalqın tələbi ilə Heydər Əliyev rəhbərliyə qayıtdı və dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı. Onun rəhbərliyi ilə Azərbaycan güclü bir dövlətin əsaslarını qurdu, ordunun formalaşdırılması, iqtisadiyyatın gücləndirilməsi və beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi istiqamətində böyük işlər görüldü. Bu işləri Prezident İlham Əliyev uğurla davam etdirdi və daha da gücləndirdi.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü, güclü hərbi potensial yaradıldı. Torpaqlarımızın işğaldan azad edilməsi kimi müqəddəs bir missiyanın yerinə yetirilməsində son 20-30 ildə yetişən vətənpərvər gənc nəslin fədakarlığı, xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi və görünməmiş milli həmrəylik nümayiş etdirməsi mühüm rol oynadı. Nəticədə, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsinin hər günündə bir addım da geri çəkilmədən yalnız irəli getdi, hər gün yeni bir qələbə qazanmaqla şanlı bir tarix yazdı. Düşmən ordusunda on mindən çox fərari olduğu halda, bizim bir əsgərimiz də döyüş meydanından yayınmadı.

Vasif Qafarov vurğulayıb ki, İkinci Qarabağ müharibəsinin hər günü, hər anı Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı və əsl qəhrəmanlıq dastanına çevrildi. Hər gün yeni bir kəndin, yeni bir şəhərin azad edilməsi xəbəri xalqın ruhunu yüksəltdi və ordunun əzmini daha da möhkəmləndirdi. Xüsusilə Şuşa uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun göstərdiyi cəsarət və döyüş ruhu misli görünməmiş qəhrəmanlıq nümunəsidir. Əsgərlərimiz əlverişsiz şəraitə baxmayaraq, dağlıq ərazilərdə düşmənlə üz-üzə gəlib, əzmkarlıqla irəlilədilər və bu tarixi şəhəri işğaldan azad etdilər. Bu zəfər dastanı həm bugünkü, həm də gələcək nəsillərə qəhrəmanlıq, milli qürur və vətənə sevginin əbədi simvolu kimi yadigar qalacaq.

“Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!” – bu sözlər 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qürur və sevinc hissi ilə səsləndirildi və bütün Azərbaycan xalqının tarixində yeni bir səhifə açdı. Şuşanın azad edilməsi Vətən müharibəsinin həlledici anı və Zəfərin simvolu oldu.

Deputat, həmçinin deyib ki, Şuşa Azərbaycanın mədəniyyət beşiyi, qədim tarixi və mədəni irsinin dəyərli parçasıdır. Şuşanın azadlığı ilə Azərbaycan təkcə ərazi bütövlüyünü təmin etmədi, həm də milli qürurunu bərpa etdi. Bu, Qarabağın digər şəhərləri və kəndlərinin azad edilməsi yolunda son dərəcə mühüm bir mərhələ, Azərbaycan xalqının qalibiyyət rəmzi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! sözləri isə Vətən müharibəsinin əbədi qələbə çağırışı və xalqın yaddaşında həmişəlik yaşayacaq bir ifadəyə çevrildi.

“2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla Azərbaycan İkinci Qarabağ müharibəsində qətiyyətli zəfərini rəsmi olaraq təsbit etdi və 30 ilə yaxın davam edən işğala son qoydu. Bununla belə bəzi xarici müşahidəçilər və tərəflər düşünürdülər ki, Azərbaycan yalnız Şuşanın azad edilməsi və əldə olunan mövcud status-kvo ilə kifayətlənəcək və növbəti addımlar atmağa ehtiyat edəcək. Lakin Azərbaycan dövləti və xalqı öz qətiyyətini və ərazi bütövlüyünü tam bərpa etmək əzmini açıq şəkildə nümayiş etdirdi.

2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri, Azərbaycanın qətiyyətli addımlarının və Qarabağdakı separatçı qüvvələrin zərərsizləşdirilməsinə yönəlmiş strategiyasının bir parçası idi. Cəmi 23 saat 48 dəqiqə davam edən antiterror tədbirləri Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən üç il əvvəl 44 günlük müharibədə olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Azərbaycanın qətiyyətli mövqeyi və güclü ordusu nəticəsində regionda davamlı sabitliyə və əmin-amanlığa nail olmaq istiqamətində böyük bir addım atıldı.

Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı Sərəncamla Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Şuşanın mədəniyyət paytaxtı statusu, onun tarixi əhəmiyyətini və mədəni irsinin bərpasını prioritet məsələyə çevirdi. Azərbaycan hökuməti bu qədim şəhərin tarixi simasının bərpa olunması, tarixi abidələrinin, məscidlərinin, mədəniyyət ocaqlarının dirçəldilməsi və yenidən canlandırılması üçün genişmiqyaslı layihələrə start verdi.

Şuşada aparılan işlər çərçivəsində şəhərin tarixi-memarlıq abidələri, küçə və meydanları bərpa olundu. Həyata keçirilən geniş bərpa-quruculuq və yeni infrastruktur layihələri sayəsində Şuşa, həm yerli, həm də xarici qonaqlar üçün mədəni turizm mərkəzinə çevrilib.

Həmçinin Şuşada “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri və digər mədəniyyət tədbirləri bərpa edilərək yenidən keçirilir. Bu tədbirlər Şuşanın Azərbaycanın mədəni həyatında oynadığı əhəmiyyətli rolu bir daha vurğulayır və şəhərin zəngin mədəni irsini gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Şuşanın mədəniyyət paytaxtı kimi bərpası, Qarabağın yenidən doğuşunun və Azərbaycanın öz tarixi-mədəni mirasına sahib çıxma əzminin göstəricisidir.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla noyabrın 8-i Şuşa Şəhəri Günü kimi təsis edildi. Bu tarix İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərin ən mühüm rəmzi olan Şuşa şəhərinin azad olunduğu gündür. 8 Noyabr artıq hər il Şuşanın mədəni, tarixi və strateji əhəmiyyətini vurğulamaq və Azərbaycanın qələbəsini anmaq məqsədilə təntənəli şəkildə qeyd olunur.

Bu addım Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı kimi statusunu daha da gücləndirir və şəhərin milli-mədəni irsimizdəki yerini möhkəmləndirir. Şuşa Şəhəri Gününün qeyd edilməsi, Azərbaycan xalqının bu qədim şəhərə olan sevgisini, əzmini və fədakarlığını bir daha göstərir. Həmçinin bu gün Şuşanın bərpa işlərinin sürətlə davam etdiyi, abidələrin və mədəniyyət ocaqlarının yenidən dirçəldiyi bir dövrdə xalqımızın həmrəyliyini və tarixi yaddaşını təcəssüm etdirir.

Biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin qalib vətəndaşları olmağın tükənməz sevincini yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq”, - deyə deputat vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib