“Tacəddin Əhmədinin “Cəmşidnamə” məsnəvisinin tekstoloji-linqvistik tədqiqi”- yeni nəşr
Bakı, 26 dekabr, AZƏRTAC
Arzu İsgəndərzadənin “Tacəddin Əhmədinin “Cəmşidnamə” məsnəvisinin tekstoloji-linqvistik tədqiqi” kitabı nəşr olunub.
AZƏRTAC xəbər verir ki, kitabda XIV-XV əsrlərə aid “Cəmşidnamə” əsərinin dili və mətn xüsusiyyətləri araşdırılır. Tədqiqatda məsnəvinin yazı sistemi, söz ehtiyatı və dil quruluşu sadə və elmi şəkildə təhlil olunur.
Araşdırma İstanbul Universitetinin Nadir Əsərlər Kitabxanasında qorunan orijinal əlyazma əsasında aparılıb. Müqayisəli təhlillər vasitəsilə əsərdə işlədilən sözlərin mənşəyi, qədim türk dilləri ilə əlaqələri və zamanla dəyişən dil xüsusiyyətləri göstərilir. Kitab “Cəmşidnamə”nin dil baxımından zənginliyini və türk dili tarixi üçün əhəmiyyətini ortaya qoyur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]