Tailand şahzadəsinin Baş nazir postuna namizədliyi irəli sürülüb
Bakı, 8 fevral, AZƏRTAC
Tailandın müxalif “Txai Raksa Çaat” partiyası ölkənin Baş naziri postuna kral Mahi Vaçiralonqkornanın bacısı - 67 yaşlı şahzadə Ubola Ratananın namizədliyini irəli sürüb.
AZƏRTAC Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, bu qərar Tailandda bərqərar olan ənənəni radikal şəkildə dəyişir. Belə ki, ənənəyə görə, kral sarayının nümayəndələri aktiv siyasi fəaliyyət göstərmirlər.
Tailandda parlament seçkiləri 2019-cu il martın 24-nə planlaşdırılır.
Qeyd edək ki, “Txai Raksa Çaat” partiyası ölkənin sabiq Baş naziri Taksin Çinavata loyal münasibət bəsləyir. Buna görə də seçkilərdə əsas mübarizənin Çinavat və krallığın hərbi elitasını dəstəkləyən populistlər arasında gedəcəyi gözlənilir.
Ölkədə hərbi çevrilişə rəhbərlik edən sabiq hərbçi Parayut Çan-Oça da Tailandın Baş naziri postuna namizədliyini irəli sürəcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]