Tanınmış idmançılar həmvətənlərimizi “YAŞAT” xeyriyyə marafonuna qoşulmağa çağırıblar
Bakı, 25 may, AZƏRTAC
Otuz il idi ki, biz sevincimizi tam yaşaya bilmirdik. Çünki qəlbimizin bir hissəsində hər zaman Qarabağ həsrəti, Qarabağ yarası var idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz yaralarımızı sağaltdı. İndi biz bizi yaşadanları yaşatmalıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “YAŞAT” xeyriyyə marafonu ilə bağlı həmvətənlərimizə müraciətində Olimpiya çempionu Fərid Mansurov səsləndirib.
Dünya azərbaycanlılarını bu nəcib təşəbbüsə dəstək olmağa çağıran F.Mansurov deyib: “Əziz dostlar, mən sizin hər birinizi “YAŞAT” xeyriyyə marafonuna qoşulmağa dəvət edirəm. Bu marafon vasitəsilə bir daha həmrəylimizi, birliyimizi nümayiş etdirməyə çağırıram”.
Karate üzrə beşqat dünya, onbirqat Avropa çempionu Rafael Ağayev isə bildirib ki, dünyanın hər yerində ürəyi Vətən eşqi ilə döyünən soydaşlarımız 44 günlük Vətən müharibəsində bizimlə birgə oldular. “YAŞAT” marafonunda şəhid ailələrinə, qazilərə dəstək olmağa çağırış edən R.Ağayev deyib: “Gəlin, indi də birlikdə olaq. Güc birlikdədir!”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.10.2026 [19:03]
ETSN-in əməkdaşları qan veriblər
- 12.10.2026 [18:50]
Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb
- 12.10.2026 [18:33]
Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq
- 12.10.2026 [18:14]
DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk
- 12.10.2026 [17:50]