Tanınmış ifaçı Cəlal Abbasovun növbəti solo konserti olub
Bakı, 31 oktyabr, AZƏRTAC
Heydər Əliyev Sarayında tanınmış ifaçı Cəlal Abbasovun növbəti solo konserti olub.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə Cəlal Abbasov musiqiçilər Əməkdar artist Tofiq Cabbarov, Nizami Əliyev, Elşən Dadaşov, DJ Kənanın müşayiəti ilə sevilən və yeni mahnılarından ibarət fərqli proqram təqdim edib.
Cəlal Abbasovun müğənnilər Validə və Vlada Axundova ilə oxuduğu duetlə maraqla qarşılanıb.
Arzu Vaqifqızının aparıcılığı ilə keçən konsert musiqisevərlərin sürəkli alqışları ilə “Cənnətim Qarabağ” mahnısı ilə sonlandırılıb.
Qeyd edək ki, Heydər Əliyev Sarayında artıq beşinci solo konsert proqramı ilə çıxış edən Cəlal Abbasov bir sıra yerli və beynəlxalq estrada və mahnı müsabiqələrinin və festivallarının iştirakçısı və qalibidir.