TANINMIŞ ŞAİR VƏ PUBLİSİSTİN 80 İLLİYİ QEYD OLUNMUŞDUR
Təhsil naziri Misir Mərdanov çıxış edərək, 50 ildən çox “Azərbaycan müəllimi” qəzetində çalışan C.Cavadlının mətbuatımıza və ədəbiyyatımıza verdiyi töhfələrdən danışmış, ona xoş arzularını bildirmişdir.
Sonra Respublika Təhsil Şurasının sədri, pedaqoji elmləri doktoru Əjdər Ağayevin “C.Cavadlının həyat və yaradıcılığı” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə repressiyaya məruz qalmış ailədə dünyaya göz açan, olduqca çətin, kəşməkəşli, eyni zamanda, mənalı ömür yolu keçən C.Cavadlının bədii və publisistik yaradıcılığı haqqında geniş məlumat verilmişdir.
Digər natiqlər də yubilyarın insani keyfiyyətlərindən bəhs etmiş, ona yeni yaradıcılıq uğurları diləmişlər.
C.Cavadlıya Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]