Tanınmış şairin şeirlər kitabı ingilis dilində çap olunub
Bakı, 16 may, AZƏRTAC
Şair-publisist, tərcüməçi Dilsuz Musanın şeirlər kitabı ingilis dilində nəşr olunub. Kitabın “Ön söz” müəllifi professor Vaqif Qəmbər, redaktoru şair-publisist Dəyanət Osmanlıdır. Şeirləri ingiliscəyə Sevil Gültən tərcümə edib.
AZƏRTAC xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən “Roads follow” (“Yollar, izlər”) kitabında müəllifin müxtəlif illərdə yazdığı ictimai motivli Vətən, torpaq, unudulmaz yurdlar və təbiət, insan sevgisi mövzusunda poetik mətnləri yer alıb.
Qeyd edək ki, adı ədəbi ictimaiyyətə yaxşı bəlli olan şairin indiyədək 4 şeirlər kitabı çıxıb. Bundan əvvəl isə onun şeirləri Ukrayna, alman, rus, gürcü dillərinə də tərcümə olunub. Dilsuz Musa bir sıra gürcü, rus, Ukrayna, Belarus, qazax, özbək, türkmən, qırğız şairlərinin şeirlərini də dilimizə tərcümə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:27]
Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?
- 10.08.2026 [17:08]
Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]