TANINMIŞ UROLOQUN YUBİLEYİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gəncə Dövlət Dram Teatrında respublikanın əməkdar həkimi, tanınmış uroloq Kamal İsmayılovun 75 illik yubileyi keçirilmişdir. 1974-cü ildə Dövlət mükafatı laureatı, 1976-cı ildə SSRİ səhiyyə əlaçısı, 1982-ci ildə respublikanın əməkdar həkimi adını almış Kamal İsmayılov bütün həyatı boyu insanların sağlamlığı keşiyində dayanmışdır. O, 70-ə yaxın elmi əsəri, iki səmərələşdirici təklifi ilə səhiyyəyə öz töhfəsini vermişdir.
Yubiley gecəsində çıxış edən şəhər ictimaiyyətinin nümayəndələri, vaxtilə ölümün pəncəsindən aldığı xəstələr yubilyara təbriklərini çatdıraraq ona cansağlığı arzulamışlar. Axırda şəhərin müsiqi kollektivlərinin çıxışları olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:04]
Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb
- 02.10.2026 [02:10]
“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO
- 01.10.2026 [23:51]