Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi şəxsiyyətlər inamlarında yanılmırlar

Tarixi şəxsiyyətlər inamlarında yanılmırlar

Bakı, 1 oktyabr, AZƏRTAC

Ağır hərbi məğlubiyyətdən sonra Ermənistan cəmiyyətində son iki ildə yaşananları izlədikcə, 1992-1993-cü illərin Azərbaycanı yada düşür. Ermənistan bu gün necə çalxalanırsa, vətəndaş qarşıdurmasından canını qurtarmaq üçün hansı cəhdləri edirdisə, o zaman ölkəmizdə də təxminən eyni ab-hava hökm sürürdü. Mübaliğəsiz, bizdəki vəziyyət müqayisədə daha ağır idi. Çünki Ermənistandan fərqli olaraq, torpaqlarımız işğal edilmişdi. Ermənistan isə vaxtilə zəbt etdiyi Azərbaycan torpaqlarının itkisinin, özü barədə uydurduğu “məğlubedilməzlik” mifinin param-parça edilməsinin acısını yaşayır. Digər fərq ondan ibarətdir ki, Ermənistanın çoxsaylı havadarları olduğu halda, Azərbaycan belə dəstəkdən o illərdə məhrum idi. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının idarəetmə bacarığı o dərəcədə zəif, verdiyi qərarlar isə gerçəklikdən o qədər uzaq idi ki, bu hakimiyyətdən ziddiyyətli xarici faktorları uzlaşdıra biləcəyini gözləmək sadəlövhlükdən başqa bir şey deyildi. Ümumxalq azadlığı dalğasında ölkə rəhbərliyinə yiyələnə bilmiş AXC-Müsavat iqtidarı səriştəsizliyi ucbatından elə səhvlərə yol verdi ki, cəmi on bir ay ərzində seçicinin etimad limitini tamamilə itirdi. Çünki ozamankı hakimiyyət xalqımıza məyusluğun, bədbinliyin, məğlubiyyətin və sarsılmış milli qürur hissinin ağrı-acısını yaşatdı. Məhz AXC-Müsavat hakimiyyətinin uğursuz və qətiyyətsiz siyasəti nəticəsində Azərbaycanda qardaş-qardaşa düşmən kəsilmişdi. İctimai-siyasi və sosial tarazlıq o dərəcədə pozulmuşdu ki, vətəndaş özünün və doğmalarının təhlükəsiz yaşamaq haqqına inamını belə itirmişdi. O zaman qanunsuz silahlı dəstələrin özbaşınalığı və başıpozuqluq elə həddə çatmışdı ki, vətəndaş dövlət qurumlarından daha çox, həmin dəstələrlə hesablaşmaq məcburiyyətində qalırdı. Silah gücü altında bac vermək, qorxu içində yaşamaq, yoxsulluq və işsizlik vətəndaşın hakimiyyətə və dövlət orqanlarına olan inamını heçə endirmişdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev ifadə edib.

Deputat bildirib ki, xalqımız ən ağır tarixi dönəmlərindən birini yaşasa da, toparlana bildi, düşdüyü ağır vəziyyətdən yeganə çıxış yolunu, özünün və ölkəmizin nicatını Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü. Cəmiyyətimizin yekdil iradəsi və təkidli tələbi nəticəsində AXC-Müsavat iqtidarının özü də məcbur olub kömək üçün bu böyük şəxsiyyətə müraciət etdi. 1993-cü ilin Prezident seçkilərindən sonra Ulu Öndərin andiçmə mərasimində söylədiyi bu fikirlər həmin dövrdə ictimai-siyasi vəziyyətin nə qədər ağır olduğundan xəbər verir: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır... Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə qardaş qırğınının qarşısı alındı, ictimai-siyasi sabitlik təmin olundu, vətəndaşın dövlət institutlarına inamı bərpa edildi. O zaman da xaricdəki bədxahlarımız və içərimizdəki əlaltıları dinc durmurdular. Onların bütün cəhdlərinə baxmayaraq, Ulu Öndərin ali idarəçilik təcrübəsi və qətiyyəti sayəsində dövlət çevrilişinə cəhdlərin qarşısını almaq mümkün oldu. Bu cür ağır sınaq anlarında Heydər Əliyevin bir çağırışı ilə Azərbaycan xalqı sonadək inandığı Ümummilli Liderinin yanında yer aldı. O günlər müstəqil dövlətçiliyimizin xilası, Ulu Öndərin xilaskarlıq missiyasının Zəfər günləri idi. Lakin qarşıda iqtisadi müstəqilliyə və sosial sabitliyə nail olmaq kimi çətin bir vəzifə dayanırdı. Bəzi dünya güclərinin ikibaşlı oyunlarına, maneə və əngəllərinə baxmayaraq, Ulu Öndər 1994-cü il sentyabrın 20-də XX əsrin Neft Kontraktının imzalanmasına nail oldu. Bununla da ölkəmizin iqtisadi müstəqilliyinin əsası qoyuldu, sosialyönümlü tədbirlərin həyata keçirilməsi üçün imkanlar yarandı, güclü Ordu quruculuğuna start verildi. Xalqımız Ulu Öndərin nümunəsində bir daha əmin oldu ki, tarixdə böyük şəxsiyyətlərin rolu, həqiqətən, əvəzsizdir. Cəmiyyətimiz onu da yəqin etdi ki, haqq etmədikləri siyasi ambisiyaları üzündən bu tarixi gerçəkliyi dananlar milləti yox, yalnız özlərini düşünüblər. Yaşadığımız bir çox uğursuzluqların və faciələrin kökündə həm də onların Heydər Əliyev şəxsiyyətinə qarşı siyasi qısqanclıq hissi və özlərindən müştəbehliyi dayanıb...

Ülvi Quliyev qeyd edib ki, Vətən müharibəsində qazanılan tarixi Zəfər məhz Heydər Əliyev siyasi irsinin bu gün də yaşamasının və Prezident İlham Əliyevin bu irsi qətiyyətlə davam etdirməsinin, Ulu Öndərin qoyduğu siyasi xəttə vətəndaş inamının məntiqi nəticəsidir. Çünki bu ideologiyanın təməlində milli-mənəvi dəyərlərimiz, müstəqil dövlətçilik, azərbaycançılıq və türkçülük məfkurəsi dayanır. Azərbaycan xalqı gözəl bilir ki, yalnız bu yol ona yeni qələbələr gətirəcək. Bu həqiqəti artıq qardaş və dost ölkələr də yaxşı bilir. Elə buna görə də, 2020-ci il dekabrın 10-da Zəfər Paradında iştirak edən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqımıza və dünya birliyinə bu cümlələrlə xitab etmişdi: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, İnşallah, dastan yazmaqda davam edəcək”.

Tarixi Zəfərdən sonra hər birimiz “mən azərbaycanlıyam” ifadəsini böyük qürur hissi ilə deyirik. Amma Ulu Öndər tariximizdə qərarlaşdığı uca zirvədən bu günü gördüyü üçün o vaxt da belə deyirdi: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

“Heydər Əliyev yaşadığı fəxarət hissinin ölkəmiz naminə təməlini də özü qoyduğu üçün, 2003-cü ilin Prezident seçkiləri öncəsi xalqımıza göndərdiyi tarixi Qələbə formulunun gerçəkləşəcəyinə əmin idi. Ulu Öndər ona məxsus siyasi uzaqgörənliklə o vaxt belə demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Həyat sübut etdi ki, Heydər Əliyev ucalığında olan tarixi şəxsiyyətlər inamlarında yanılmır”, - deyə deputat əlavə edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var