Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi Zəfərimiz “Əsrin müqaviləsi”nin iqtisadi və siyasi əhəmiyyətinin təqdimatıdır

Tarixi Zəfərimiz “Əsrin müqaviləsi”nin iqtisadi və siyasi əhəmiyyətinin təqdimatıdır

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycanın dünya miqyasında iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində, etibarlı, arzuolunan tərəfdaş kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasının 29-cu ildönümü ərəfəsindəyik. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması regionda, eləcə də dünyada qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. Ümummilli Lider Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirmişdir ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi”nin imzalanmasından öncə Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinin keçirilməsi Azərbaycanın malik olduğu enerji resurslarının dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Bu günümüzün reallıqları fonunda ötən dövrə nəzər saldıqda bu məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb. Bu gün isə Azərbaycan neftlə yanaşı, qaz, elektrik enerjisi ixracatçısıdır. Bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması günümüzün əsas çağırışlarındandır. Bu uğurlara yol açan Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasıdır. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 29 il zaman baxımından çox da böyük olmayan bir rəqəm kimi ifadə edilsə də əldə olunan uğurların miqyası, ən əsası Azərbaycanın iqtisadi imkanlarının artması fonunda siyasi mövqeyinin möhkəmlənməsi bu yolun zənginliyi barədə aydın təsəvvür yaradır. Bu sazişin imzalanması ilə Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. Ümummilli Lider Heydər Əliyev bu mühüm hadisənin əhəmiyyətini belə səciyyələndirmişdir ki, belə bir addımı atmaqla Azərbaycanın dünya, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdirdik. Bu müqaviləni imzalamaqla Azərbaycan ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaranır , ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına qoşulması üçün əsas formalaşır. Bu müqavilə xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açır.

Regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin 2006 və 2007-ci illərdə istifadəyə verilməsi ilə regional əməkdaşlığın əsası qoyuldu. Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, arxada qalan hər il bir hesabat xarakteri daşıyır. Bu baxımdan təkcə son bir ildə enerji sektorunda qazanılan uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan hazırda Avropa üçün əsas tərəfdaşdır. Əməkdaşlıq əlaqələrinin coğrafiyasının daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihələrin gündəmə gətirilməsini şərtləndirir. Dövlət başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa müraciətində bu məqamı xüsusi olaraq bildirmişdir ki, gəlin fərz edək, əgər 1994-cü ildə "Əsrin müqaviləsi" bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası böyük imkanlar yaratdı, bundan sonra da yaradacaq və bundan səmərəli istifadə edəcəyik.

Baş redaktor bir mühüm məqama da diqqəti yönəldib ki, Ümummilli Lider Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyevin böyük xidmətləri olub. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan İlham Əliyev Azərbaycanın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin səylər göstərmişdir.

Vüqar Rəhimzadə Böyük Yolun davamı kimi dəyərləndirilən 2003-cü ildən bu günədək Azərbaycanın enerji diplomatiyasının uğurlarına diqqəti yönəldərək bildirib ki, Ulu Öndərin əsasını qoyduğu neft strategiyasının uğurla davam etdirilməsi istiqamətində daha bir tarixi saziş imzalandı. 2017-ci ildə Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında kontraktın imzalanması mərasimi keçirildi. Həmin sənədə əsasən, bu neft yataqlarının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Yeni sazişin imzalanması mərasimində dövlətimizin başçısı bu məqamı xüsusi qeyd etmişdir ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə Ulu Öndər Heydər Əliyev öz çıxışında qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq.

Baş redaktor bildirib ki, Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Reallıq budur ki, Azərbaycan yeni layihələrin təşəbbüskarı kimi çıxış edərək yeni dostlar və tərəfdaşlar qazanır. Bircə faktı qeyd etmək kifayətdir ki, çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi 2020-ci ilin dekabrında tam tərkibdə istifadəyə verilsə də bu günümüzün əsas hədəflərindən biri TAP-ın və TANAP-ın genişləndirilməsidir. Bütün bu işlərin komanda şəklində davam etdirilməsi əsas çağırışlar sırasındadır.

Vüqar Rəhimzadə xatırladıb ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Təkcə ötən il imzalanan və dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfə kimi dəyərləndirilən sənədlərə diqqət yetirsək bunun bir daha şahidi olarıq. 2022-ci ilin iyul ayında Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu, dekabr ayında Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Həmçinin ötən ilin oktyabr ayında Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirildi. Bu ilin aprelində isə dövlət başçısı İlham Əliyevin Bolqarıstana işgüzar səfəri zamanı imzalanan “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” da bunun təsdiqidir. Sözügedən sənəd Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir.

Baş redaktor neft siyasətinin məntiqi davamı olaraq 2003-cü ildən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlardan və əldə olunan uğurlu nəticələrdən də danışıb. Bildirib ki, dövlət başçısı İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Son 20 ilə yaxın müddətdə bu sahədə qazanılan uğurlar hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində öz əksini tapır. Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Azərbaycan bu işləri öz daxili imkanları hesabına həyata keçirməklə malik olduğu iqtisadi və siyasi imkanları dünyaya təqdim edir. Bu, bir daha onu göstərir ki, Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurlar davamlıdır. İqtisadi strategiyanın düzgün əsaslar üzərində qurulması ölkəmizin hər bir iqtisadi çətinlikdən uğurla çıxmasını şərtləndirir. “Əsrin müqaviləsi” tarixi Zəfərimizin qazanılmasında da əhəmiyyətli rol oynadı. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun olması son dərəcə vacib amil idi. Azərbaycanın iqtisadi və maliyyə imkanları bu sahədə zəruri addımların atılmasında, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsində öz sözünü dedi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu həqiqətlərimizin təbliğinə geniş imkanlar yaratdı.

Vüqar Rəhimzadə qeyd edib ki, neft strategiyasının uğurla həyata keçirilməsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), ölkəmizin çoxminli neftçilər ordusunun öz payı, rolu vardır. Ümummilli Liderin Fərmanı ilə “Əsrin müqaviləsi”nin imzalandığı tarixin - 20 sentyabrın Neftçilər Günü kimi təsis edilməsi bu baxımdan özündə bütün məqamları ehtiva edir. Qəhrəman Azərbaycan neftçiləri bu bayramı hər il yüksək göstəricilərlə qeyd edirlər. Onu da xüsusi vurğulamaq gərəkdir ki, dövlətimizin başçısı İlham Əliyev SOCAR-ın qarşısında beynəlxalq transmilli şirkətlər cərgəsinə qoşulmağı mühüm vəzifə kimi qoymuşdur. Məhz bu tapşırığı əldə rəhbər tutan SOCAR bu gün ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi uğurlu investisiya layihələri ilə beynəlxalq nüfuzunu gündən-günə möhkəmləndirməklə modern quruma çevrilib”. Bu günlərdə enerji sektorunda qazanılan növbəti uğur - “Abşeron” qaz-kondensat yatağında ilk qazın verilməsi Azərbaycanın, həmçinin SOCAR-ın beynəlxalq nüfuzunun artmasında mühüm rola malikdir.

Baş redaktor 29 ilin uğurlarını dövlətimizin başçısının “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə söylədiyi “Bütün bunlar bizim tariximizdir. Əlbəttə, bu gün bu məclisdə bir çıxışda neft-qaz sənayesi sahəsində görülmüş bütün işləri sadalamaq qeyri-mümkündür. Buna bəlkə də saatlar, günlər lazımdır. Qazma qurğularının Azərbaycanda tikintisi, on minlərlə Azərbaycan vətəndaşının işlə təmin edilməsi, ölkəmizə gələn gəlirlərdən düzgün istiqamətdə istifadə edilməsi, yəni, bütün bunlar bugünkü reallıqlardır” fikirləri ilə ümumiləşdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur