Tayvanda fabrikdə baş verən yanğında ölənlərin sayı 5 nəfərə çatıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Tayvanın cənubundakı fabrikdə baş verən yanğın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, üç yanğınsöndürən xidməti vəzifələrini yerinə yetirərkən həlak olub. Daha əvvəl xilas edilən fabrik işçiləri - kişi və qadın da həlak olub. Bundan əlavə, biri yanğınsöndürən də daxil olmaqla, azı beş nəfər itkin düşüb.
Əvvəl Tayvan Mərkəzi Xəbər Agentliyi yanğında dörd nəfərin öldüyünü, hamısının yanğınsöndürmə xidmətinin əməkdaşları olduğunu bildirmişdi . Ən azı 102 nəfər tibbi yardıma müraciət edib. Bələdiyyə orqanlarının məlumatına görə, yaralananlar arasında iki əcnəbi də var.
Partlayış sentyabrın 22-də yerli vaxtla saat 17:00 radələrində Pintunq qraflığında elm və texnologiya parkının ərazisindəki qolf avadanlıqları fabrikində baş verib. Hadisə yerinə 34 yanğınsöndürən maşın cəlb edilib. Yanğının söndürülməsi zamanı daha bir partlayış baş verib ki, bu da ölü sayının artmasına səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]