Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb
Tbilisi, 27 mart, AZƏRTAC
Tbilisidə Azərbaycan dilində “Gürcü hekayələri” kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitabı gürcü dilindən Azərbaycan dilinə Gürcüstan Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Mirzə Məmmədoğlu tərcümə edib.
Tanınmış yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı kitaba yazdığı “Ön söz”də deyir: “Böyük söz ustadları tərcüməçiləri obrazlı şəkildə körpü salanlara bənzədiblər. Bu bənzətmədə yüz illərin sınağından çıxmış həqiqət var. Ona görə ki, xalqlar və mədəniyyətlər məhz tərcüməçilərin sayəsində daha da yaxınlaşır, mənəvi zənginliyə qovuşur. M.Məmmədoğlu da məhz belə tərcüməçilərdəndir. Onu tərcümə etdiyi neçə-neçə əsər bizim mənəviyyatımızın zənginləşməsinə xidmət edib”.
Kitabda klassik gürcü yazıçısı David Kldiaşvilinin, eləcə də müasir yazıçılar Naro Kolxeli, Zurab Kobaliya və başqalarının əsərlərindən nümunələr yer alıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:20]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [22:14]
Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO
- 12.06.2026 [16:29]
Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb
- 12.06.2026 [16:03]