TBİLİSİDƏKİ CÜMƏ MƏSCİDİNDƏ 20 YANVAR ŞƏHİDLƏRİNİN RUHUNA DUALAR OXUNMUŞDUR
Tbilisi, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Tbilisidəki Cümə məscidində 1990-cı ildə Bakıda törədilmiş Qanlı Yanvar qırğını qurbanlarının ruhuna dualar oxunmuş, ehsan verilmişdir.
Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəsi Əli Əliyev demişdir ki, 20 Yanvarda Bakıda şəhid olanların xatirəsi qardaş ölkədə daim əziz tutulmuşdur və tutulacaqdır. Bu gün Tbilisidəki Cümə məscidi ilə yanaşı, ölkənin 50-dən çox məscidində bu faciəyə həsr olunmuş tədbirlər keçirilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Cümə məscidində keçirilən mərasimin işkirakçıları Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin 20 Yanvar qırğınını törədənlərin beynəlxalq məhkəmə qarşısında durmaları tələbini dəstəklədiklərini bildirmişlər.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]