Azərbaycan Dövlət İnformasiya Agentliyi

Teatrlarda yeni mövsümün sənət həyəcanı başlayır

Teatrlarda yeni mövsümün sənət həyəcanı başlayır

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın əvvəli ənənəvi olaraq teatrlarda yeni mövsümün sənət həyəcanı yaşanır. Yaradıcı kollektivlər artıq istirahətdən qayıdaraq yaradıcı işə başlayıb. AZƏRTAC bu dəfə də teatrların yeni mövsümdə təqdim edəcəkləri repertuarı oxucularla bölüşür.

Milli Dram Teatrında ənənəvi açılış - “Qarabağnamə”

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu il də ənənəsinə sadiq qalaraq yeni mövsümü “Qarabağnamə” tamaşası ilə açacaq. Teatrdan bildirilib ki, Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanan tamaşa sentyabrın 15-də nümayiş olunacaq. Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsəri XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla dinc münasibətləri bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

Gənc Tamaşaçılar Teatrı 90 illik yubileyə hazırlaşır

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümünü açıq elan edib.

Prezident İlham Əliyevin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 90 illiyinin qeyd edilməsi ilə bağlı bu il iyulun 9-da imzaladığı müvafiq Sərəncamın icrası ilə əlaqədar olaraq teatrda yubiley tədbirinin hazırlıqlarına başlanılıb. Tədbirin rejissoru Xalq artisti Vaqif Əsədovdur. Yeni mövsümdə ilk tamaşalar isə sentyabrın 22-də nümayiş olunacaq. Gündüz uşaqlar üçün P.Cullifordun “Şirinlər” tamaşası göstəriləcək. Axşam isə Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış səhnə əsəri təqdim ediləcək.

Hazırda kollektiv M.Servantesin “Don Kixot” əsəri əsasında tamaşanın məşqlərini davam etdirir. Həmçinin Əməkdar artist, rejissor Nicat Kazımov “Bremen musiqiçiləri” tamaşasını hazırlayır.

Musiqili Teatr mövsümü “O olmasın, bu olsun”la açacaq

Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünə sentyabrın 20-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkil etdiyi Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın “O olmasın, bu olsun” tamaşası ilə start verəcək. Üzeyir bəyin bu ölməz əsəri Xalq artisti Afaq Bəşirqızının (Sənəm) və Əməkdar artist Şövqi Hüseynovun (Məşədi İbad) iştirakı ilə təqdim ediləcək.

Sentyabrın 22-də “Arşın mal alan” (Ü.Hacıbəyli), 23-də “Nuri-didə Ceyhun” (Əli Əmirli) tamaşaları nümayiş olunacaq. Yaradıcı kollektiv sentyabrın axırıncı həftəsonu - ayın 28-də “Ər və arvad” , 29-da “Mən dəyərəm min cavana”, 30-da isə “Bankir adaxlı” səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gələcək.

Opera və Balet Teatrı ənənəsinə sadiqdir

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 110-cu yubiley mövsümünün açılışına hazırlaşır. Sənət ocağında mövsüm ənənəvi olaraq sentyabrın 19-da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açılacaq. Tamaşa bu il 10-cu dəfə keçiriləcək Ü. Hacıbəyliyə həsr edilmiş Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş ediləcək. Səhnə əsərində əsas rolları Əməkdar artist Elnur Zeynalov (Məcnun), gənc muğam ifaçısı Rəvanə Əmiraslanlı (Leyli), Əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam) və başqaları ifa edəcəklər. Operanı dirijor, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.

Festival çərçivəsində, həmçinin sentyabrın 22-də A.Pyatsollanın “Məhəbbət tanqosu” baleti, 23-də isə M.Maqomayevin “Şah İsmayıl” operası təqdim olunacaq. Sentyabrın 26-da balet həvəskarları Qara Qarayevin “Leyli və Məcnun” və “Don Kixot” baletlərini seyr edə biləcəklər. Sentyabrın 29-da görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyi şərəfinə Ü. Hacıbəylinin “Arşın mal alan” teatrsevərlərin ixtiyarına veriləcək. Sentyabrın 30-da isə C.Puççininin “İl Tabarro” operası göstəriləcək.

Sumqayıt Dövlət Dram Teatrının yubiley mövsümü

Bu il yaranmasının 50-ci ildönümü tamam olan Sumqayıt Dövlət Dram Teatrının kollektivi artıq növbəti məzuniyyəti başa vuraraq işə başlayıb. Bununla bağlı keçirilən toplantıda teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov 50-ci yubiley mövsümü münasibətilə kollektivi təbrik edərək, yeni mövsümdə görüləcək işlər, hazırlanan yeni tamaşalar barədə söz açıb. Bildirib ki, builki mövsüm teatr və Sumqayıt şəhəri üçün xüsusi önəm daşıyır. Ölkə başçısı Sumqayıt Dövlət Dram Teatrının 50 illiyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Kollektiv oktyabr ayına nəzərdə tutulan yubiley tədbirinin keçirilməsi üçün hazırlıq işlərinə başlayır.

Vurğulanıb ki, Sumqayıt Dövlət Dram Teatrının yubileyi şəhərin adına və teatrımızın tarixinə layiq olmalıdır: “Əminəm ki, biz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yarım əsrlik yubileyimizi möhtəşəm və yaddaqalan şəkildə keçirəcəyik”.

Sonra teatrın rəhbəri daxili nizam-intizama riayət edilməsini xüsusilə qeyd edərək hazırlanan tamaşalar barədə məlumat verib, kollektivə yeni mövsümdə yeni sənət uğurları arzulayıb.

Kukla Teatrı əvvəlcə balacaları salamlayacaq

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci mövsümün ilk ayının repertuarını açıqlayıb. Teatr sentyabrın 15-də Şarl Perronun “Qırmızıpapaq” və “Durna balığı” rus xalq nağılının tamaşaları ilə balaca sənətsevərləri salamlayacaq. Ertəsi gün “Əlibaba və qırx quldur” ərəb xalq nağılı və “Şəngülüm, Məngülüm” Azərbaycan xalq nağılı nümayiş olunacaq. Repertuarda, həmçinin A. Şaiqin “Tıq-tıq və Taq-taqın nağılı” (21 sentyabr), Kəmalə Ağayevanın “Göyçək Fatma” (22 sentyabr) və digər tamaşalar var.

Pantomima teatrının kollektivi yeni mövsümə hazırdır

Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi 26-cı teatr mövsümünü sentyabrın 15-də “İt gəzdirən xanım” adlı səhnə əsəri ilə açıq elan edəcək. Bundan başqa, sənət ocağında sentyabrın 16-da “Dejavü”, sentyabrın 22-də “Ağ bığlılar” və 23-də isə “Underground” tamaşaları oynanılacaq.

Həmçinin sentyabrın 29-da teatrın repertuarında xüsusi yer tutan “Qoca və Mələk”, 30-da isə maarifləndirici tamaşa olan “Fəlakət və İnsan” və “Mənim balığımsan” adlı tamaşalar izləniləcək.

Qeyd edək ki, ötən teatr mövsümünə “İt gəzdirən xanım” tamaşası ilə yekun vurub. Leyla Atayevanın quruluşunda izlənilən sözügedən səhnə əsərində rəqslərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur. Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandırır.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan teatrı qısa fasilədən sonra rəngarəng səhnə əsərləri ilə yenə də teatrsevərlərin qonağı olacaq. Hazırlanan səhnə əsərləri bir daha göstərir ki, hər zaman yeniliyə can atan Azərbaycan teatrı ənənəsinə sadiqdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ naziri İrandan beynəlxalq aviareyslərin 80 faizinin bağlandığını iddia edib

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb

Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılır

“Karadeniz Holding”lə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri dəyərləndirilib

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb

“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib

® Hərəkətdə Titan gücü: “REDMI Note 17 Pro Max” 5G yarış trekində

Ağdaş və Mingəçevirdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları üçün növbəti “İcma Günü” təşkil olunub

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Dominikan arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılır

Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH