TƏBİB-in 24 saat fəaliyyət göstərən "Qaynar xətt"i fəaliyyətə başlayıb
Bakı, 28 fevral, AZƏRTAC
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) 24 saat fəaliyyət göstərən qaynar xətti fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı keçirdiyi mətbuat konfransında TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib.
Mətbuat katibi qeyd edib ki, "Qaynar xətt"in nömrəsi 1542-dir. Özündə koronavirusla bağlı hər hansı bir şübhə və ya digər əlamətləri hiss edən vətəndaşın "Qaynar xətt"lə əlaqə saxlaması tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]