TƏBİB: Üç ayda şəhid ailəsi üzvlərinə 50 mindən çox tibbi xidmət göstərilib
Bakı, 17 aprel, AZƏRTAC
Cari ilin ilk üç ayı ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə 4261 şəhid ailəsi üzvü tərəfindən 14 min 645 müraciət daxil olub. Müraciətlər əsasında onlara ümumilikdə 51 min 183 adda müxtəlif tibbi xidmət göstərilib.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, tibbi xidmətlər, əsasən, terapevtik, kardioloji, endokrinoloji, nevroloji, laborator-diaqnostik və radioloji istiqamətləri əhatə edib.
Bununla yanaşı, “YAŞAT” Fondu tərəfindən 12 müraciət araşdırılaraq müvafiq dəstək göstərilib.
Qeyd edək ki, hazırda TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən koordinatorlar vasitəsilə şəhid ailəsi üzvlərinə növbəsiz tibbi xidmətlərin göstərilməsi, müayinələrin təşkili və zəruri hallarda yönləndirmə xidmətləri təmin olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:08]
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub
- 02.10.2026 [15:49]
Davud Rüstəmov: Yeni texnologiyalar kibertəhdidlərin xarakterini dəyişir
- 02.10.2026 [15:27]
Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir
- 02.10.2026 [15:01]