Təbiətə ziyan vuranlar əvəzini ağac əkməklə ödədilər
Bakı, 25 may (AZƏRTAC). Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Şirvan şəhərində vətəndaşları qəbulu zamanı indiyədək tətbiq olunmayan qeyri-ənənəvi cərimə metodundan istifadə edilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qəbulda Saatlı rayonunun Əhmədbəyli kənd orta məktəbinin müəllimi Aydın İbadov və onun işsiz əmisi oğlu Balaxan İbayev ətraf mühitə vurduqları ziyana görə (hər biri 650 manat məbləğində) cərimə olunduqlarını bildirmişlər. Onlar səhvlərini etiraf etmiş, maddi vəziyyətlərə görə cəriməni ödəyə bilmədikləri üçün bağışlanılmalarını xahiş etmişlər.
Nazir H.Bağırov cərimənin bağışlanması barədə müraciəti orijinal tərzdə cavablandırmışdır: “Səhvi başa düşməyiniz və maddi vəziyyətiniz nəzərə alınaraq istisna hal kimi cəriməniz bağışlana bilər, lakin təbiətə vurduğunuz ziyanı yaşıllaşdırma işində iştirak edərək, ağac əkməklə ödəməyi təklif edirəm”.
Aydın İbadov və Balaxan İbayev təbiətə vurduqları ziyanın cəriməsini mayın 25-də Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində, Bakı-Qazax yolunun kənarında 30 ədəd zeytun ağacı əkməklə ödəmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]