Təbii fəlakət cənub bölgəsinin yaşayış məntəqələrində bir sıra problemlər yaratmışdır
Masallı, 30 iyul (AZƏRTAC). İyulun 29-da gecə saatlarından başlayaraq cənub bölgəsinə yağan güclü yağışlar yaşayış məntəqələrində bir sıra problemlər yaratmışdır.
AZƏRTAC xəbər verir ki, havanın qeyri-sabit keçməsi temperaturun aşağı düşməsinə, çaylarda suyun səviyyəsinin qalxmasına və yollarda avtomobillərin hərəkətində çətinliklərin yaranmasına səbəb olmuşdur.
Güclü külək Ələt-Astara magistral yolunun 176-cı kilometrliyində, yolun Masallı rayonu ərazisindən keçən hissəsində təqribən 10-12 metr hündürlükdə olan çinar ağacını yerindən qoparmışdır.
Nəticədə, Bakı şəhərinə və əks istiqamətdə hərəkət edən avtomobillərin hərəkəti bir müddət məhdudlaşdırılmışdır.
Hadisə yerinə ağır texnika və canlı qüvvə cəlb olunaraq iri gövdəli çinar ağacı yoldan kənarlaşdırılmış, avtomobillərin intensiv hərəkəti bərpa olunmuşdur.
Bölgədə elektrik enerjisinin verilməsində də bəzi fasilələr olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]