TƏDBİRLƏR PLANI İCRA OLUNUR
AZƏRTAC xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyətində 20 Yanvar ümumxalq hüzn günü ilə bağlı hazırlanmış tədbirlər planı icra olunur.
İdarə, müəssisə və təşkilatlarda müxtəlif tədbirlər keçirilir. Yanvarın 18-də Sahil qəsəbəsinin mədəniyyət sarayında ümumrayon toplantısında ədəbi-bədii kompozisiya göstəriləcək, yanvarın 19-da isə bütün təhsil ocaqlarında xüsusi dərsin aparılması, ərazidə yaşayan 20 Yanvar əlillərinə və bir şəhid ailəsinə maddi yardım edilməsi, məscidlərdə şəhidlərin ruhuna dua oxunması və s. nəzərdə tutulmuşdur.
Ümumxalq hüzn günü rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:20]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:18]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [17:56]
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL
- 08.10.2026 [17:43]
Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
- 08.10.2026 [17:33]