Tədrisi digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün onlayn müsahibələrə başlanılıb
Bakı, 20 may, AZƏRTAC
Mayın 20-dən tədrisi digər dildə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün onlayn müsahibələrə başlanılıb. Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında” Qərarına uyğun olaraq tədrisi digər dildə aparılan və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların onlayn müsahibələri üzrə qeydiyyata iyunun 1-dən start veriləcək.
İyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə SMS bildiriş göndəriləcək, eyni zamanda, bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında öz əksini tapacaq.
Qeyd edək ki, I sinfə qeydiyyat www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]