TEHRAN KONVENSİYASI ÜZVLƏRİNİN NÖVBƏTİ GÖRÜŞÜ QAZAXISTANDA KEÇİRİLƏCƏKDİR
Bakı, 10 sentyabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında çərçivə konvensiyası” (Tehran konvensiyası) üzvlərinin üçüncü görüşü noyabrın 24-dən 26-dək Qazaxıstanda keçiriləcəkdir.
Bu konvensiyaya əsasən, Xəzərin sahilində yerləşən beş dövlət - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Xəzərin çirklənməsinin qarşısının alınması və dəniz mühitinin bərpası üzrə öhdəlik götürmüşdür.
Sənəd BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanmışdır.
Konvensiyanın üzvləri müntəzəm görüşlər keçirir, əldə onlunmuş razılaşmaların yerinə yetirilməsi və gələcək işləri müzakirə edirlər.
İlk belə görüş 2007-ci ilin mayında Bakıda keçirilmişdir. Görüş iştirakçıları konvensiyaya daxil edilməsi nəzərdə tutulan dörd protokol layihəsi üzərində müzakirələr aparmışlar. Bu protokollar bioloji müxtəlifliyin qorunması üçün konkret öhdəliklər, neftlə çirklənmə və qurudakı mənbələrdən çirklənmə ilə ətraf mühitə təsir edə biləcək insidentlərin ləğv olunması və yumşaldılması yollarını nəzərdə tuturlar.
Qazaxıstanda keçiriləcək görüşdə bu protokollardan ikisinin qəbul ediləcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]