Təhsil müəssisələrinin büdcədənkənar vəsaitindən Təhsilin İnkişafı Fonduna vəsait ayrılacaq
Bakı, 14 iyul, AZƏRTAC
Təhsil Nazirliyi tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin etmək məqsədilə onların büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən Təhsilin İnkişafı Fonduna vəsait ayıracaq.
AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında” Fərmanında öz əksini tapıb.
Fərmana əsasən, təhsil müəssisələri Fonda ayırmaların məbləğini iki ay müddətində müəyyən edəcək.
Xatırladaq ki, bu Fərmana əsasən, Nazirlər Kabinetinə Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Təhsilin İnkişafı Fondunu bir ay müddətində yaratmaq və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]
UNEC beynəlxalq reytinqdə uğur qazanıb
- 16.10.2026 [11:20]
AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub
- 16.10.2026 [10:27]