Təhsil naziri Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib
Tbilisi, 5 dekabr, AZƏRTAC
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev dekabrın 5-də Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, nazir və onu müşayiət edən şəxslər Ümummilli Liderin büstü önünə çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, nazir E.Əmrullayev Gürcüstana səfəri çərçivəsində gürcü həmkarı Givi Mikanadze və digər rəsmi şəxslərlə görüşəcək, bir neçə universitetdə və orta məktəbdə olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi