Təhsildə Keyfiyyət Təminatı Agentliyi əməkdaşlıq əlaqələrini genişləndirir
Bakı, 18 noyabr, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə “Azərbaycan Supermarket” MMC arasında peşəkar kadrların əmək bazarına çıxış imkanlarını genişləndirmək istiqamətində əməkdaşlıq müqaviləsi imzalanıb.
TKTA-dan AZƏRTAC-a bildirilib ki, tərəflər arasında əldə olunan qarşılıqlı razılığa əsasən ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi xəzinədar peşə ixtisası üzrə agentlikdən təhsil sənədi əldə etmiş vətəndaşlara “Bravo” supermarketin peşəkar iş mühitində çalışmaqla öz bilik və bacarıqlarını artırmaları üçün imkan yaradılacaq, həmçinin onların işlə təmin edilməsi prosesi asanlaşdırılacaq. Belə ki, qeyri-formal və informal yollarla əldə edilmiş bilik və bacarıqların tanınması məqsədilə keçirilən imtahanlarda məqbul nəticə göstərən və təhsil sənədi əldə edən vətəndaşlara işə qəbul zamanı üstünlük veriləcək.
Müqavilədə, eyni zamanda, ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi xəzinədar peşə ixtisası üzrə keçiriləcək imtahanlarda “Bravo” Supermarketin səlahiyyətli nümayəndəsinin qiymətləndirmə komissiyasına üzv olaraq cəlb edilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]