Azərbaycan Dövlət İnformasiya Agentliyi

“TEKNOFEST Azərbaycan” mavi səmaların fatehi kimi müstəqillik tariximizə qızıl hərflərlə yazıldı

“TEKNOFEST Azərbaycan” mavi səmaların fatehi kimi müstəqillik tariximizə qızıl hərflərlə yazıldı

Keçən il Milli Qurtuluş Günündə - iyunun 15-də hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada idi. Bu da çox əlamətdar hadisə idi. 15 iyun da bayram günüdür, 28 may da bayram günüdür. Biz bu bayram günlərini bir yerdə qeyd etdik və tarixi Şuşa bəyannaməsini imzaladıq. Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı və bu müttəfiqlik özünü hər yerdə göstərir - siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Ankara, 30 may, AZƏRTAC

Azərbaycan dövlət müstəqilliyinin dördüncü onilliyinə bir sıra əlamətdar hadisələrlə daxil olub ki, onlardan biri də “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalıdır. Hazırda bütün dünya üçün son dərəcə cəlbedici olan növbəti “TEKNOFEST” üçün məhz Azərbaycanın seçilməsi təbii ki, təsadüfi deyil. Bundan əvvəl bir qıra beynəlxalq tədbirlərə, dünya səviyyəli idman yarışlarına, intellektual forumlarda qazanılan milli təcrübə əvvəlcədən deməyə əsas verirdi ki, “TEKNOFEST Azərbaycan”, sözün əsl mənasında, mavi səmanın fəthi olacaqdır!

AZƏRTAC xəbər verir ki, müasir elm və tərəqqinin ən son nümunələrinin nümayiş etdirildiyi platforma olan “TEKNOFEST”in beynəlxalq ictimaiyyət üçün cəlbediciliyin təməlində onun səmərəliliyi və faydalı vədləri dayanır. “TEKNOFEST” müasir dünyada elmi, təhsili, tərəqqini və inkişafı məhz mavi səmadan təbliğ edən alternativsiz və çoxşaxəli platformadır. Bu festivalın “elm, təhsil, tərəqqi və inkişaf” dördbucağında yaratdığı vəhdət intellektual zəkanın real görüntülərini səmalarda dolaşdıraraq insanlarda fəxarət, həsəd, inam kimi hisləri alovlandırır.

Dünya və TEKNOFEST

Beləliklə, “TEKNOFEST nədir, necə yaranıb, dünya birliyinə, müasir elm və tərəqqiyə nələr vəd edir və s.” məzmunlu suallar ətrafında fikir və mülahizələrimizi bölüşmək üçün, ilk növbədə, onun tarixinə və keçdiyi inkişaf yoluna nəzər salaq.

“TEKNOFEST” Aerokosmik və texnologiya festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” - T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir (indiyədək 4 dəfə təşkil olunub). Ötən festivalların hər biri özündən əvvəlkini yenilikləri ilə arxada qoyub.

Əgər “Dünya və TEKNOFEST” və yaxud “TEKNOFEST və dünya” anlayışlarını təhlil etsək, tərəddüd etmədən birinciversiyanın daha doğru ifadə olduğunu əsaslandıra bilərik. Çünki “TEKNOFEST”in dünyaya deyil, müasir dünyanın “TEKNOFEST”ə ehtiyacı var. “TEKNOFEST” açıq səma ulduzu olduğu üçün bütün ölkələrə və xalqlara, bütün insanlara, bəşəriyyətə, sözün hər mənasında, açıqdır.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən sərgi bu festivalın özü qədər əzəmətli və faydalı olub. Azərbaycanın qocaman elm və təhsil müəssisələrinin, ayrı-ayrı dövlət qurumlarının bu tədbirə hazırlıq səviyyəsi festival çərçivəsində həyata keçirilən müsabiqələrdə özünü göstərdi.

Bu məqamda Prezident İlham Əliyevin festivaldakı çıxışında səsləndirdiyi fikirləri təqdim edək: “Nobel mükafatı laureatı hörmətli Əziz Səncər də “TEKNOFEST”in hörmətli qonağı qismində təşrif buyurub. Əziz bəylə keçən görüşümü xatırlayıram, mənə dedi ki, onun böyük arzusu var idi hər zaman - Şuşaya getmək. Mənimlə görüşdən sonra Şuşaya getmişdir və bildirmişdir ki, artıq həyatda nəyə nail olmaq istəmişəmsə, ona nail olmuşam - Şuşanı da gördüm. Bu, bizi də çox xoşbəxt etdi. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Siz gənclər, Əziz bəyə oxşamağa çalışmalısınız.

Bu gün, eyni zamanda, Selçuk Bayraktarı səmimiyyətlə salamlamaq istəyirəm. Selçuk bəy nəinki “TEKNOFEST”in təşkilatçısı və təşəbbüskarıdır, Selçuk bəy və Bayraktarlar ailəsi dünyada çox məşhur bir ailədir. İkinci Qarabağ savaşında məşhur “Bayraktar” PUA-larının rolunu indi dünyada bilməyən yoxdur. Selçuk bəy dünən Şuşada idi. Əminəm, Şuşanı görərkən bir daha şahidi oldu ki, Azərbaycan və Türkiyə qarşıda duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız öz milli qürurunu müdafiə etmək, təmin etmək üçün hər zaman hər bir addıma fədakarcasına hazırdırlar. Selçuk bəy də gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar”.

TEKNOFEST Elm və Mədəniyyət Forumu kimi

Bu gün “TEKNOFEST”i ölkə xaricində ilk dəfə Can Azərbaycanda təşkil etməyin həyəcanını və haqlı qürurunu sizinlə bölüşürük. Bura Azərbaycan gəncliyinin bacarığını, istedadını nümayiş və inkişaf etdirməsi üçün önəmli bir platformadır. “TEKNOFEST” yarışlarında öz işləri ilə fərqlənən siz gənclərimiz sabahın pilotsuz uçuş aparatlarını, süni zəkalarını, rəqəmsal texnologiyalarını istehsal edən və inkişaf etdirən alimləri olacaqsınız. Azərbaycan ilə birlikdə hələ neçə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı və milli texnoloji həmləmizi birlikdə reallaşdırmağı davam edəcəyik.

Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Prezidenti

Etiraf etməliyik ki, insan həyatının sürətlə rəqəmsallaşması özünəməxsus ənənələr yaratmaqla bərabər, müəyyən aludəçilik, zərərli vərdişlər də ortaya çıxarmışdır. Araşdırmalar göstərir ki, bu aludəçilik və zərərli vərdişlərdən yaxa qurtarmağın yeganə düzgün yolu texnoloji yeniliklərə ağılın gücü ilə yanaşmaqdır. Dərk etməyə ehtiyac var ki, kompüterlərin, smartfonların yalnız faydalı işlər üçün istifadə olunması hər bir insan üçün səmərəli nəticələr verə bilər. Bu mənada TEKNOFEST elm və tərəqqinin nümayişi olmaqla bərabər, texnoloji mədəniyyət nümunəsinin formalaşması üçün təkanverici qüvvədir.

TEKNOFEST-in müasir elm və mədəniyyət forumu olması iki mühüm cəhətlə izah edilə bilər. Birinci, mavi səmaların fatehi olan uçan avadanlıqlar məhz elmin gücü və qüdrəti ilə hava məkanında məharətlərini göstərir. İkincisi, bu sahədə qazanılan istənilən uğur və nailiyyət müasir həyatda yeni-yeni mədəniyyət nümunələri ortaya çıxararaq, bütövlükdə kulturologiya səltənəti formalaşdırır.

Məlum olduğu kimi, TEKNOFEST-in iştirakçıları əsasən yeniyetmə və gənclərdir. Təbii ki, burada uşaqların maraqlarının da böyük olduğunu nəzərə almaq lazımdır. Hansı ki, zamanın hökmü ilə yeniyetmə və gənclər sürətlə yerlərini həmin uşaqlara verirlər. TEKNOFEST-in faydalı iştirakçısı olmaq, gələcək həyatını bu formul üzərində qurmağı arzu edən yeniyetmə və gənclər, ilk növbədə, dəqiq elmlərin sirlərinə yiyələnməlidirlər. Xatırlatmaq lazımdır ki, ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda 1970-ci illərdə yaradılmış fizika-riyaziyyat, kimya və biologiya təmayüllü orta məktəblərin məzunları keçmiş SSRİ-də hər zaman birincilər sırasında olmuşlar. Son illər həyata keçirilən islahatlar, ölkəmizdəki inkişaf bu fənlərə meyilliliyi daha da artırıb.

Beləliklə ,“TEKNOFEST Azərbaycan”ın aşağıdakı faydalı cəhətləri ortaya çıxaracaq:

-Festival Azərbaycanda genetik olaraq dəqiq elmlərə sevgini daha yüksək zirvəyə qaldıracaq;

-4-5 ildən sonra dünyanın aparıcı elektronika, mikroelektronika, aviasiya və metallurgiya, metal-konstruksiya və digər şirkətlərdə çalışan azərbaycanlıların sayı sürətlə artacaq (artıq bu sahədə böyük göstəricilər mövcuddur);

-Azərbaycanda milli kadrlar hesabına aviasiya və elektronika təyinatlı yerli şirkətlərin qurulması təşəbbüsləri çoxalacaq.

Təsadüfi deyil ki, keçirilən festival çərçivəsində yaxın gələcəkdə Azərbaycan və Türkiyənin ortaq texnopark təsis etməsinə dair mühüm çağırışlar eşidildi. Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında birgə texnoparkın yaradılmasına dair Anlaşma Memorandumu imzalanmaqla artıq bu sahədə ilk addım atılıb.

TEKNOFEST-in vədləri

Azərbaycanın son illər beynəlxalq tədbirlərin fəal aktoruna çevrilməklə müasir dünyanın ayrılmaz tərkib hissəsi kimi həm beynəlxalq təcrübəni məharətlə mənimsəyir, həm də öz standartlarını təbliğ edir. Ölkə həqiqətlərinin dünya birliyinə olduğu kimi çatdırılmasında milli Azərbaycan standartları anlayışının təqdim olunması mühüm amildir. Bu vaxtda qədər Bakını müasir dünyanın yeni fikir və düşüncə mərkəzi olduğunu dilə gətirən ekspertlər “TEKNOFEST Azərbaycan” çərçivəsində qazanılan uğurlar sayəsində Azərbaycanı elm və texnologiyaların nümayiş məkanı olduğunu ifadə etməyə başlayıblar.

Bəli, “TEKNOFEST Azərbaycan” çərçivəsində tətbiq edilən yeniliklər milli standartlarımızın formalaşması istiqamətində yeni nümunələr ortaya qoydu. Tərəddüd etmədən deyə bilərik ki, “TEKNOFEST Azərbaycan” mavi səmaların fatehi kimi müstəqillik tariximizə qızıl hərflərlə yazılıb. Bu festivalın aşağıda qeyd etdiyimiz iki mühüm cəhətini müşahidə etməkdəyik:

-Nümayişlərin yaratdığı, sərgilərdə əks olunan əzəmət;

-Zəkalarda, nəzəriyyələrdə gizlənən ideya və yeniliklərin üzə çıxması!

Gəncliyimizin gücünü, biliyini, elm və tərəqqiyə olan milli münasibətini, Azərbaycanın müdafiə sənayesi sahəsində böyük potensialını, xalqımızın elm və tərəqqiyə müsbət münasibətini nümayiş etdirən "TEKNOFEST Azərbaycan" festivalının ölkəmizə qazandırdığı mühüm faydalı cəhətlərdən biri də məhz Qarabağa Böyük Qayıdışla bağlıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı parlaq Qələbə sayəsində işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa prosesi böyük strategiyadır. Yenidənqurma işlərinin müasir texnologiyaların tətbiqi ilə həyata keçirilməsi həm bərpa prosesində, həm də gələcəkdə “ağıllı məkanlar”ın, “ağıllı obyektlər”in idarə edilməsində müasir texnologiyalarla davranmağı bacaran yeni milli nəslə ehtiyac var ki, bunu da elmi tərəqqi ilə qarşılamaq olar.

TEXNOFEST əzəmətində Azərbaycan-Türkiyə müttəfiqliyi

Xatırladaq ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra iki qardaş ölkə arasında açılan ilk nəqliyyat və kommunikasiya əlaqəsi “Ümid” körpüsü olub.

Ulu öndər Heydər Əliyevin 1992-ci il martın 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlıq Protokolu imzalanıb, Naxçıvanla Türkiyə Respublikası arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanılıb. Həmin il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf rəmzi hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verilib. Körpünün açılışında Türkiyənin ozamankı Baş naziri Süleyman Dəmirəl və qardaş ölkənin digər yüksək səviyyəli hökumət nümayəndələri iştirak ediblər.

2021-ci il iyunun 15-də - Milli Qurtuluş Günündə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini imzalamaqla tarixi Qars müqaviləsinə yeni nəfəs verdilər. Bu hadisədən ötən bir ilə yaxın zaman kəsiyini müttəfiqliyimizi möhkəmləndirən mühüm hadisələr baş verib. Ötən il oktyabrın 26-da Füzuli, bu il mayın 14-də isə Rize-Artvin Beynəlxalq Hava limanlarının Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə açılmasını Ulu Öndərimizdən əmanət olan milli ənənələrimizi zənginləşdirən tarixi hadisələr kimi dəyərləndirə bilərik.

...Mayın 29-da "TEKNOFEST Azərbaycan" festivalının bağlanış mərasimində "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar məlumat verib ki, növbəti "TEKNOFEST" avqust ayında Türkiyənin Samsun şəhərində keçiriləcək. Qara dənizin sahil bölgələri hazırda Türkiyənin ən sürətlə inkişaf edən rayonlarıdır. Bu bölgədən “Ümid” körpüsünə uzanan əzəmətli yolun o biri başında isə hazırda Avrasiyanın ən mötəbər məkanlarında müzakirə olunan Zəngəzur dəhlizi dayanır. Zəngəzur dəhlizinin açılması isə tarixi Qarabağ Zəfərinin yaratdığı geosiyasi reallıqdır!

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub