TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASINDA MƏTBUAT KONFRANSI
Mayın 29-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Azərbaycanın dövlət və qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçmiş qeyri-dövlət ali təhsil müəssisələrinə sənədlərin qəbuluna dair növbəti kampaniyanın başlanmasına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirdi ki, bu ilin yanvarından “Abituriyent” jurnalında sənədlərin qəbul qaydaları haqqında müntəzəm məlumat dərc olunur. Ərizə verilməsi formasında ötən illə müqayisədə bəzi dəyişikliklər edilmişdir. Belə ki, hansı dildə təhsil almasından asılı olmayaraq, bütün abituriyentlər ərizələri yalnız Azərbaycan dilində yazmalıdırlar. Ötən il olduğu kimi, indi də imtahanların yekununda məktəbdə alınmış qiymətlər nəzərə alınmasa da, abituriyentlər təhsilin son ilində 9 fəndən aldıqları qiymətləri ərizədə göstərməlidirlər. Bu, abituriyentlərin həmin fənlər üzrə bilik səviyyəsini müəyyənləşdirməyə imkan verəcəkdir.
Bu il 26 dövlət və 11 qeyri-dövlət ali təhsil müəssisəsinə 25577 nəfər qəbul etmək nəzərdə tutulmuşdur. Ötən il isə 29306 nəfər idi. Dövlət təhsil müəssisələrində 24458, qeyri-dövlət təhsil müəssisələrində isə 3119 yerə qəbul imtahanları keçiriləcəkdir. Dövlət təhsil müəssisələrində 11264 yer pulsuz, 13194 yer pulludur.
Bəzi ali təhsil ocaqlarında yeni ixtisaslar üzrə tələbə qəbul olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]
Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq
- 07.08.2026 [11:58]
BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək
- 07.08.2026 [11:44]
Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib
- 07.08.2026 [11:28]
Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?
- 07.08.2026 [10:58]