Tələbələr “Xocalıya ədalət!” virtual aksiyasına başlayıb
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımının sosial şəbəkələrdə dünya ictimaiyyətinin diqqətinə çatdırılması ilə bağlı dəyirmi masa keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə təşəbbüsün həyata keçirilməsi ilə bağlı müxtəlif ideyalar səsləndirilib, fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, aksiya çərçivəsində universitetin tələbələri müxtəlif sosial şəbəkələrdə paylaşımlar edəcək, ATƏT, AŞPA kimi nüfuzlu qurumlara və dünya dövlətlərinin senatorlarına aid elektron poçtlar da daxil olmaqla 1000-dən çox elektron poçta müxtəlif dillərdə məlumatlar ünvanlayacaqlar.
Tədbirdə tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov bildirib ki, Xocalı faciəsi xalqımızın tarixinə qanlı hərflərlə yazılmış hadisədir. Xocalı həqiqətlərini beynəlxalq müstəviyə çıxarmaq və dünya ictimaiyyətində qanlı olayla bağlı dolğun fikir formalaşdırmaq dövlətimizin qarşısında duran vacib məsələlərdəndir. Tələbələr də bu işdə öz üzərinə düşən vəzifələri yerinə yetirməli, dil bilgilərindən istifadə edərək sosial şəbəkələr vasitəsilə Xocalı reallıqlarını dünyaya yaymalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]